Müsahibə

Dollar ilə bağlı son xəbər ; “Manatın dəyər qazanmasına ümid var”

992views

Dolların məzənnəsində hansı dəyşikliklər gözlənilir? Dollar ilə kreditlərdə son durum necədir?

Son zamanlar içtimai kütlədə, dollar’ın məzənnəsinin artacağı fikri olduqca genişlənməkdədir. Hər kəs manatın daha əvvəl də baş verdiyi kimi birdən dəyərini itirə biləcəyindən qorxur. Əsas narahatçılıq isə daha əvvəllər, dollar ilə kredit götürən və bu gün borclarını ödəməkdə çətinlik çəkən vətəndaşlarımızdadır.

Bu fikirlərin doğruluq dərəcəsini azca da olsa deqiqləşdirə bilmək üçün, Azərbaycan bank sektorlarından birində çalışan mütəxəssis Tale Məmmədov ilə həmsöhbət olduq.

Yaaz.az olaraq qeydə aldığımız müsahibəni təqdim edirik.

 

1. Manat kiçik amma artan templərlə dəyərini itirir. Səbəbi nə ilə izah edə bilərsiniz ?

— Manatın dəyərini itirilməsinin daxili valyuta bazarında gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Daxili valyuta bazarında olan vəziyyət Mərkəzi Bankın tam nəzarəti altındadır və sentyabr ayının ilk həftəsində Mərkəzi Bankın hərraca 300 milyon dollar çıxarması mənə bunu deməyə imkan verir. Dəyərsizləşmə tamamilə xarici valyuta bazarında gedən proseslərlə əlaqədardır. Düzdü deməzdim ki, manatımız bütövlüklə xarici valyuta bazarından asılıdır, amma təyziqlər olduqca manatın cüzi də olsa dəyərsizləşməsi qaçılmazdır. Çünki beynəlxalq valyuta bazarında dollar/avro  məzənnəsində baş verən hər hansı dəyişiklik milli valyutamıza da təsirsiz ötüşmür.

2. Dolların bu şəkildə bahalaşması hansı vaxtadək davam edəcək?

— Dolların bu şəkildə bahalaşması xarici valyuta bazarında baş vermiş tələb və təklif tarazlığının bərpa olunanadək davam edəcəyini düşünürəm.

3. Azərbaycan manatının yenidən dəyərini qazanma ümidi varmi? Bunun baş verməsi üçün nələr dəyişməlidir?

— Təbii ki ümid var. Bunun ən optimal yolu manatın dollardan asılılığını aradan qaldırmaqla olacaq. Buna da daxili istehsalı artırmaqla nail ola bilərik. Dövlətimiz bu yöndə lazımi tədbirlər və lazımi istlahatlar aparır. İstehsalat üçün xaricdən gətirilən heç bir avadanlığa vergi alınmaması buna nümunədir. Təbii ki bunu ticarət haqqında deyə bilmərik, Xaricdən dollarla alınmış istər ərzaq, istər geyim və ya digər əşyalar dollarla alındığı üçün satış qiymətində dolların bahalaşması özünü göstərir və göstərəcək. Bunun üçün da satış üçün idxal olunan malların vergisinə və inhisarçılığa diqqət olunsa fikrimcə o yöndə də tənzimlənmələr olar.

4.   Dollar ilə kreditlərdə son vəziyyət necədir? Topluma qarşı hansı güzəşt gözlənilir?

— Hazırda banklar öz hesablarına müxtəlif güzəştlərdən istifadə edir. Buna güzəştli məzənnə ilə krediti tam bağlamaq və ya güzəştli faizlə və güzəştli müddətə kreditlərin restrukturizasiyası aiddir. Bu güzəştləri nəzərdən keçirdikdə onu da qeyd etmək lazımdır ki, banklar və bank olmayan kredit təşkilatları bu güzəştləri öz maliyyələri hesabına edirlər.

5. Hal-hazırda banklarda dollar satışına hər hansı məhdudiyyət qoyulurmu?

— Hazırda Mərkəzi Bankın vəziyyətə nəzarəti güclədirməsi nəticəsində dollar satışına heç bir qadağa yoxdur. Bu hazırki vəziyyətlə bağlıdır. Lakin ötən günlərdə vəziyyət elə də ürək açan deyildi.