Futbol

Qarabağ və Qəbələnin rəqibləri müəyyən olundu

699views

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının play-off mərhələlərinin püşkü atılıb. Çempionlar Liqasında Villareal(İsp)-Monaco(Fra), Ajax(Hol)-Rostov(Rus),Porto(por)-Roma (İta) ilə yanaşı bir sıra marağlı qarşılaşmalar baş tutacaq.
Avropa Liqasında təmsilçilərimizdən Qarabağ İsveçin Höteburg klubu ilə,Qəbələ isə Sloveniya Mariboru ilə qarşılaşacaq. Rəqibləri klublarımız üçün uğurlu saymaq olar. Hər 2 klubumuza uğurlar!
Qeyd edək ki,Çempionlar Liqasında ilk oyunlar 16-17 avqust,cavab oyunları 23-24 avqust keçiriləcək. Avropa Liqasında oyunlar isə 18 avqust və 25 avqust baş tutacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı