Futbol

Joze Mourinho Çempionat başlamamış transferləri bitirmək istəyir

712views

Joze Mourinho 14 Avqusta qədər,yəni ilk tura qədər bütün transferləri bitirmək istədiyini bildirib. Portuqaliyalı mütəxəssis əsas da Paul Pogba transferinə diqqət yetirir.

Bazar günü Joze Manchester United ilə ilk rəsmi oyununa çıxacaq. Belə ki, 7 avqust İngiltərə Superkubokunda(Community Shield) Son FA cup-ın qalibi olan Man.United son çempion Leicester City ilə üz-üzə gələcək. Mourinho məhz bu oyundan sonra İngiltərə çempionatı start götürənə qədər £100 milyon qarşılığında Pogbanı heyyətinə qatmaq istəyir.
Qeyd edək ki,United bu yay transfer dönəmində Eric Bailly, Zlatan Ibrahimovic və Henrikh Mkhitaryan-ı transfer edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı