MaraqlıSənət

Picasso əsərlərinə Kataloniya təsiri

Picasso haqqinda melumat
965views

Picasso’nun kiçik bir Kataloniya kəndinə etdiyi səfər, əsərlərində böyük təsirə səbəb olub.

Məşhur İspaniyalı rəssam Pablo Picasso 1906-cı ildə Pirene dağlarında yerləşən köhnə bir Kataloniya kəndi, Gosol’a gəzməyə gedir. Bu kəndi ona yaxın bir dostu məsləhət görmüşdü. Rəssam özü ilə bərabər ona eyni zamanda modellik edən qızılı saçlı sevgilisi Fernande Olivieri də aparmışdı. Kəndə yola düşməzdən əvvəl Barcelonada iki həftə qalman Picasso burada yaxın dostları ilə də görüşür. Rəssam, Yaz aylarını kənddə keçirib bol-bol şəkil çəkməyi və buradakı sadə həyatın dadını çıxarmağı planlaşdırırdı.

İncəsənət tarixçiləri, Parisdəki gərgin həyat tərzinin ardından Picassonun Gosol’da keçirdiyi günlərin əsərlərində köklü bir dəyişikliyə səbəb olduğunu bidlirir.

yaaz.az Picasso haqqinda

Picasso o zamana qədər yenilikçi sənətin mərkəzi sayılan Parisdə onsuz da müvəffəqiyyətə və məşhurluğa qovuşmuşdu. 1901-ci ildə Parisdə açdığı ilk sərgisi müsbət reaksiyalarla qarşılanmışdı. Lakin onun yoxsulluq, təklik, hüzn kimi mövzuları sərgilədiyi Mavi Dövrü ilə daha sonrakı optimist əsərlərə imza atdığı Çəhrayı Dövrü hələ Simvolizm kimi 19-cu əsr sənət yüksəlişindən gəlirdi.

Lakin Gosol’a gəldiyində Picasso’nun rəsmləri yeni və çox daha orijinal bir istiqamətə, daha sərt amma sadə, daha qəribə amma universal bir istiqamətə doğru inkişaf edirdi. Gosol’da qaldığı 10 həftədə Picasso bu dəyişikliyi hiss etmiş və 7 böyük, 10-dan çox orta boy şəkil, saysız rəsm, yağlı boya, guaj və oyma əsər yarada bilmişdi.

yaaz.az Picasso haqqinda

Bəs yaxşı ondakı bu dəyişikliyi və həyəcanı sürətləndirən faktorlar nələr idi?

Buradakı əsərlərin çoxunda sevgilisini model olaraq istifadə edən 24 yaşındakı rəssamın dərin duyğular içərisində olduğunu görmək mümkündür. Eyni zamanda rəssam, qaldıqları kiçik otelin sahibi köhnə qaçaqçı Josep Fondevila ilə dost olmuşdu. Başı kəl olan bu adamın dümağ dişləri Picassonu cəlb edirdi. 1972-ci ildə çəkdiyi kəllə skeletinə bənzər avtoportretində də sözü gedən şəxsə aid cizgilər görmək mümkündür.

Lakin kəntdə, şəkilə baxışını dəyişdirən başqa hallarla da qarşılaşmışdı rəssam. Buradakı kilsədə 12-ci əsrə aid çox rəngli bir taxta Məryəm Ana təsviri var idi. Ağ üzdə kəskin bir ifadə və rəngli böyük gözlər.

yaaz.az Picasso haqqinda

Romanesk sənətin təsiri

Bu gün Barcelona’daki Katalonya İncəsənət Muzeyində (MNAC) sərgilənən bu heykəl Katalan Romanesk sənətinin yaxşı nümunələrindən biridir.

Muzeydə Romanesk-Picasso adıyla rəssamın 40 əsəri və bunlarla bərabər 11-13-cü əsrlərdə Pireneler’deki kilsələrdə olan Romanesque əsərlər nümayiş etdirilir. Ən əsas Picassonun əsərləri ilə onlar arasındakı bənzərlik diqqətə çatdırılır. Məsələn Məryəm Ana heykəli ilə Picassonun 1906-ci ilə aid Somunlu Qadın əsəri arasında təəccüblü bir bənzərlik var.

İncəsənət tarixçiləri, Kübizme tapana qədər Romanesk sənətinin Picasso üzərindəki təsirini dilə gətirsələr də buna Afrika motivləri, İber yarımadasında arxaik heykəllər və Cezannenin təsiri qədər əhəmiyyət vermirlər.

yaaz.az Picasso haqqinda

Lakin MNAC rəhbəri Pepe Serra, sərginin Picasso ilə Katalan Romanesk sənəti arasındakı əlaqəni göstərdiyini söyləyir. Serra’ya görə, Picassonu cəlb edən şey bu sənətin “sadəliyi” idi. “Orada üzlər çox sxematikdir və bu Picassonu özünə cəlb etmişdi. Eyni zamanda təsvirlər, göz, alov, balıq kimi simvollarla doludur və bunlar hər birinin öz mənası var.”

Londondakı National Portrait Gallerydə hazırda nümaiş olunan Picasso portretləri sərgisinin kuratoru və Edinburq Universitetində sənət tarixi fəxri professoru Elizabeth Cowling də eyni fikirdədir. Cowling də Picassonun Gosol səfərinin sənəti üzərində əhəmiyyətli təsirə sahib olduğunu düşünür.

Odur ki, Romanesk, Qərb sənətinin ənənələrini parçalayıb yenidən birləşdirməyə çalışan Picassoya əsl lazımi bir model təqdim etmişdir.