Bir çoxları hesab edir ki, isti yay günlərini, yağmur və dumanlı sabahlarla əvəz edən payız, ilin ən kədərli fəslidir. Lakin, nə qədər kədərli olsa da, küçədə yaranan rəngli qasırğa və xoş atmosfer üzümüzə təbəssüm də gətirir.
Biz, Yaaz.az xatırlatmaq istəyirik ki, payız – ilin ən əlvan və gözəl fəslidir:
Payızda meşələr al-əlvan rəngə boyanır və şairanə romantikaya bürünür
Toxunma corablar və şokoladlı qəhvə istini əvəz edir
Pəncərədə nağıla bənzər təbiət oyanır
Hər tərəf payızın xışıldayan qızıl yarpaqlarına boyanır
Evinizi daha rəngli etmək üçün əla fürsət yaranır
Sviterlər və zolaqlı köynəklər qayıdır
Axır ki, yumşaq şala bürünüb sevimli serialları seyr etmək olur
Payız – alma piroqunun əsl vaxtıdır
Və payız ətrli şamların
Tez düşən toranlıq və gec gələn sübhələr
Ümumiyyətlə, payız – evdə qalıb kitab oxumaq üçün bəhanədir
Yeni palto və əlbətdə ki, yum-yumuşaq şərflər fəslidir
Yarpaqlardan dəstə yığmaq – əla fikirdir
Yüngül meh isə, bir-birinizə daha yaxın olmaq üçün ən gözəl səbəbdir
Və nəhayət, payızı səbəbsiz də sevmək mümkündür