Psixoloji məlumatlar

Özümüzə ən çox dediyimiz yalanlar hansılardır?

955views

Bunu niyə etdiyimizi bilməsək də hər gün tez-tez özümüzə təkrar dediyimiz yalanlar var.

Yalan danışanlardan heç kimsə xoşlanmaz. Başqalarının bizə qarşı yalanlarını bildiyimizdə isə bu vəziyyət daha da ciddiləşir. Bəs vəziyyət belədirsə, niyə hər gün özümüzə müxtəlif yalanlar söyləyir və müvəffəqiyyətlərimizin önünə sədd çəkirik?

1. Keçmişdə etdiyiniz hərəkətlərin bəhanəsi.

Səbəb keçmişiniz deyil, keçmişinizə bağlı qaldığınız üçün hazırki anınızın dadını çıxara bilməməyinizdir. Əlbəttə, vaxtında verdiyimiz qərarlar xarakterimizin meydana gəlməsində təsirlidir, ancaq, keçmişi çox sorğu-sual edərsək daha çox səhv etməyimiz qaçınılmazdır. Siz icazə verdiyiniz müddətcə keçmişiniz arxanızdan gəlməyə davam edəcək.

8e1a0ec812
2. Yaşım o yaş deyil.

Heç bir şey üçün əsla gec deyil. Özünüzdən şübhə etməyə davam etsəniz və gedən zaman üçün acı çəksəniz, potensialınızı əsla fərq edə bilməyəcək və öz etibarınızı itirəcəksiniz. Unutmayın; məqsədlərinizi həyata keçirmək üçün nə çox qoca, nə də çox gəncsiniz. İndi hərəkət etmə zamanıdır.

9311b4372
3. Kifayət qədər pulum yoxdur.

Pul həyatdakı təməl məqsədiniz olmamalıdır. Xəyal etdiyiniz hər şeyi haqq edirsiniz. Kiçik şeylərlə başlayıb hədəflərinizi böyütməyə çalışın.

c6d8940c3
4. O işi daha sonra da edə bilərəm.

Bu hamımızın özümüzə söylədiyimiz ən böyük yalandır. Əsl problem isə nə qədər zamanımızın qaldığını heç bir zaman bilməyəcək olmamızdır. Bir gün oyandığınızda edə bilmədikləriniz üçün kifayət qədər zamanınızın qalmadığını fərq edə bilərsiniz. Gələcəyin nə gətirəcəyini kimsə bilə bilməz.

ad3c465767

5. ‘Kaş ki’ ilə başlayan bəhanələr.

Kaş ki’lərdən ayrılıb bu anınıza fokuslanmalısınız. Hər hansı bir şey istədiyiniz kimi getmir deyə həyatda heç bir şey bacarmadığınızı əsla düşünməməlisiniz. Heç nədən əsla imtina etməyin.

434fad905
6. Kimsə məni başa düşmür…

Dünyada bir çox insan eyni problemdən şikayətçidir, yəni tək deyilsiniz. Biri sizinlə eyni fikirdə deyil deyə, sizi anlamadığını düşünməkdən ən tez müddətdə imtina edin. Fərqli olmaq gözəl ola bilər, ancaq başqalarına aid fikirləri dinləmək və anlamağa çalışmaq inkişafınızına böyük qatqı təmin edəcək.

3875c2146
7. Onlar kimi deyiləm…

Hamımız fərqliyik. Hamımızın fərqli bacarıqları, qabiliyyətləri və xarakterləri var. Bizdən daha müvəffəqiyyətli insanlarla özümüzü müqayisə etməkdən imtina etməli və onların da bu yerə çatmaq üçün sıfırdan başladıqları gerçəyini əsla unutmamalıyıq. “O edə bilirsə, mən də edə bilərəm.” şəklində düşünərək vəziyyəti müsbətə çevirin.

0a4e84257