Gündəm

OPEC’in neft istehsalını azaltması ilə qiymətlər artmağa başladı

645views

Neft İxrac Edən Ölkələr Birliyi ( OPEC), 8 illik bir vaxtdan sonra ilk dəfə istehsalı azaltmaq qərarına gəlib. Qərarın açıqlanması ilə isə neft qiymətləri artıb.

Əlcəzair’də baş tutan OPEC’in iclasında açıqlama verən İran Neft Sektoru Naziri Bijan Zanganeh, “OPEC bu gün müstəsna bir qərar qəbul edti” deyə bildirib

Neft bazarındakı son durğunluq səbəblərindən belə bir qərarın alındığı bildirildi.

Qərarın tam dolğun izahı isə Noyabr ayında baş tutacaq iclasda açıqlanacaq.

OPEC’in istehsalı azaltması qərarından sonra Brent markalı xam neftin barrelinin qiymeti 100’də 6 artımla, 49 dollara qalxdı.

Beləliklə, Azərbaycan neftinin qiyməti də artaraq 46.89 dollara bəraber olub.

Qeyd edək ki, 2 il öncə 110 dollar səviyəsində olan neftin qiyməti kiçik ama azalan templərlə dəyərini itirmişdi.

1960-cı ildə Səudiyyə Ərəbistan, İran, Küveyt, İraq və Venesuellanın birgə qurduğu OPEC’ə vaxt ötdükcə Qatar, Liviya, Endoneziya, Ekvador, BƏƏ, Əlcəzair, Nigeriya, Qabon və Anqola da qoşulmuşdu.