Rio 2016

Olimpiadanın 10-cu günü, Kamran Şahsuvarlı yarımfinalda

678views

Olimpiadanın 10cu gününü idmançılarımız üçün uğurlu saymaq olar. Bu gün 2 güləşçimiz,3 boksçumuz və 1 avarçəkənimiz mübarizə aparıb. Kişilərin 85 kq  Yunan-Roma güləş yarışında çıxış edən Səman Təhmasibi uğursuz çıxış edərək yarışı 11-ci yerdə başa vurub. Qadınların 57-60 kq boks yarışında boksçumuz Yana Alekseyevna 1/4 finalda çinli Yin Junhuaya məğlub olaraq olimpiada ilə vidalaşıb.

Lakin bu gün 4 idmançımız bizi sevindirib. Belə ki, ilk sevindirici xəbər avarçəkmə yarışlarından gəldi.Qadınların 200m məsafəyə tək kayak yarışlarında mübarizə aparan İnna Osipenko-Rodomska A finalına vəsiqə qazanıb.Final yarışı sabah Bakı vaxtı ilə saat 16:47-də baş tutacaq. Ardınca kişilərin 52kq boks yarışlarında Elvin Məmişzadə 1/8 finalda qazaxıstanlı Olzhas Sattibayevi məğlub edərək növbəti mərhələyə keçib. Daha bir bokçumuz Kamran Şahsuvarlı isə 1/4 finalda daha bir qazaxıstanlı Zhanibek Alimkhanulyni məğlub edərək yarım finala vəsiqə qazanaraq ən azı bürünc medalı özünə təmin etdi.Günün sonunda isə xəbər verdiyimiz kimi güləşçimiz Sabah Şəriəti bürünc medal qazanaraq ölkəmizə 3-cü medalı qazandırdı.

Elnur Cəfərov
idman xəbərləri yazarı