Maraqlı

Novruz və çərşənbə axşamı falları

Novruz Bayramı
11.3Kviews

Bildiyimiz kimi qarşıdan Novruz Bayramı gəlir.

Novruz bayramı və bayram öncəsi qeyd olunan çərşənbə axşamları da ən azı Novruz qədər əhəmiyyətli hesab olunur. Tarixən qeyd olunan bayramımız əyləncəli tərəfləri ilə də fərqlənir ki, buna Norvuz və ya Çərşənbə Axşamı falları da daxildir. Bu səbəbdən də aşağıda bu günlərdə məhz reallaşdırılan fallar barədə maraqlı məlumatları sizə təqdim edirik:

Yumurta vә karandaşlar:
Axır çәrşәnbә günü tövlәnin pәncәrәsinin ağzına (qabağına) bir yumurta, iki karandaş (qara vә qırmızı) qoyulur. Sәhәr hәmin yumurtanın üstündә (üzәrindә) xәtt olur (guya Xıdır xәtt çәkir). Əgәr qırmızı karandaşla xәtt çәkilibsә, yumurta kimin bәxtinә qoyulubsa, o xoşbәxt olacaq. Qara karandaşla xәtt çәkilibsә әksi olacaqdır.

Qapı pusmaq:
Axır çәrşәnbә günü, yaxud hәftәnin uğurlu günlәri axşamçağı qonşuların qapısını sakitcә pusurlar. Qapıya yaxınlaşәrkәn eşidilәn ilk sözü vә ya bir neçә sözü yozub, bәxt haqqında müәyyәn mülahizәlәr söylәyirlәr. (Bu sәbәbdәndir ki, hәmin günün axşamı yalnız yaxşı sözlәr danışılması adәt hesab olunur).

Duzlu kökә yemәk:
Axır çәrşәnbә axşamı gec yatırlar. Yatanda işә әvvәlcәdәn hazırlanmış duzlu kökә yeyib yatırlar, su içmirlәr. Gecә yuxuda (susuzluqdan) su görünür: içmәyә kimsә su verir. Guya, hәmin su verәn adam yuxu görәnin qismәtidir.

Rəvayət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün hәmin qız hәmin bayramda duzlu kökә bişirib yeyir. Gecә yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenә su istədiyini deyir. Bu vaxt o biri oğlan su verir. Deyilinә görә hәmin qız ona birinci olaraq su verәnә әrә gedir. Lakin hansısa qәzadan hәmin gәnc hәlak olur. O biri oğlan dul qalmış qız ilә evlәnir.

Üzük:
Axır çәrşәnbә axşamı gecәsi cavan qızlar bir yerә yığışırlar. Bir qaba su tökürlәr. Əllәrindәki üzüklәri çıxarıb saçlarına salırlar. Niyyәt tutub üzüyü suyun üstündәn keçirirlәr. Üzük fırlanmağa başlayır vә qabın divarlarına dәyir. Üzük neçә dәfә qaba dәyirsә, sayırsan. Demәk o yaşda da gәlin gedәcәksәn.

Lampa:
Çәrşәnbә axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyәt edib gözlәyirlәr. Kim qapını açıb birinci evә girsә, onun birinci sözünü niyyәtlәrinә görә yozarlar.

Balığın çanaq sümüyü:
Balığın çanaq sümüyünü övlad gözlәyәn gәlinin oğlu vә ya qızı olacağını bilmәk üçün iki barmağın ortasından atırlar. Arxası üstә düşәrsә, qız, üzü üstә düşәrsә oğlan olacağı gözlәnilir.

Şam yandırıb güzgüyə baxmaq:
Axır çәrşәnbә gecәsi ürәyindә niyyәt tut yat. Gecә yarısı yuxudan dur vә şamı yandır. Şamı götürüb güzgüyә yaxınlaş. Güzgüdә gәlәcәk nişanlını görәcәksәn. Amma gәrәk qorxmayasan. Qorxsan bu niyyәtin baş tutmaz.

Bağda daş:
Axır çәrşәnbә gecәsi ürәyindә niyyәt tutursan. Bağda bir daşı qaldırıb altını tәmizlәyirsәn. Niyyәtin hasilә çatandan sonra, gәlib daşın altına baxırsan. Görürsәn ki, daşın altında ot bitib.

Tükw axar suya atmaq:
Axır çәrşәnbә axşamı ana uşaqlarının başından tük qırır vә axar suya atır. Bir qab hәmin yerdәn su götürür vә uşaqlarının üstünә çilәyirsәn. Guya ki, bu su tәmizlik, sağlamlıq, paklıq gәtirir. Hәmin ili uşaqlar xәstәlәnmir.

Lәyәnә su töküb güzgüdә aya baxmaq:
Bu fala da ilin axır çәrşәnbәsi baxırlar. Özü dә bu fala qızlar baxa bilәrlәr. Qız sakit, heç kimlә danışmadan lәyәnә su tökür. Əlinә bir böyük güzgü alır. Hәmin güzgüdә aya baxır. Sevdiyi oğlanın şәklini qız görәrsә bu onun xeyrinәdir. Demәk, tәzә il onun üçün uğurlu olur, mәtlәbi hәyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Qulaqlar bağlı bir evə üz tutmaq:
Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Şam yandırıb yaşın qədər suya damcıldatmaq:
Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı

Alma yemək:
Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Sağ başmağı atmaq:
Axır çərşənbə axşamı qız ayağının sağ başmağını qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qiz bu il nişanlanacaq.

Sapa düyün vurmaq:
Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, əksinə.