GündəmMaraqlı

Norveç, Radio yayım sistemində dünyada ilkə imza atdı

781views

Norveç, FM radio siqnallarını yerli vaxtla 11:11-də bağlayacaq və analoq FM sistemi yerini Rəqəmsal Səs Yayımına (DAB) dövr edəcək.

Norveç, bu tətbiqi ilk həyata keçirən ölkə olacaq.

Ancaq DAB üzərindən dinlənilməsi üçün yerli radiolara, sistem dəyişikliyi ilə əlaqədar beş il möhlət tanınacaq. DABa keçiddən 7.9 milyon radio dinləyicisi təsirlənəcək. Rəqəmsal radiolar, FM radiolar qədər bahalı olmasa da bir radionun dəyəri təxminən 175 dollar qiymətindədir.

Norveç Yerli Radio Cəmiyyətindən Svein Larsen, “Norveç hələ bu vəziyyətə hazır deyil. Evlərdə, daxmalarda və katerlərdə milyonlarla radio var və bunlar artıq çalışmayacaq. Norveçdəki avtomobillərin təxminən 25%-nin rəqəmsal radiosu, ya da düzənləyicisi var” deyib. Rəqəmsal siqnallar, analoqlardan daha keyfiyyətli və əhatəli olması ilə yanaşı daha az vəsait tələb etsə də, ancaq analoq radioların bağlanmasının, yaşlıları və motosikletləri olanlara mənfi təsir göstərəcəyi güman edilir.