Dünya

Nobel Komitəsi ‘Bob Dylan’ ilə əlaqə yarada bilmir: “Artıq bu qədər səy kifayətdir.”

666views

Nobel Ədəbiyyat Mükafatına layiq görülən ABŞ-lı musiqiçi Bob Dylan-la heç kim əlaqə yarada bilməyib. Dylan-ın 10 Dekabrda keçiriləcək Nobel mükafatları gecəsinə qatılıb qatılmayacağı da hələ ki, müəmmalıdır.

Nobel Ədəbiyyat Mükafatının sahibi, Bob Dylan-ı, İsveç Nobel Komitəsi, Ədəbiyyat Mükafatına layiq gördüyü müddətdən etibarən əlaqə yarada bilmədiklərini və artıq əlaqə yaratmaqdan imtina etdiklərini bildiriblər.

Komitənin Baş Katibi Sara Danius, SR Radiosuna verdiyi müsahibədə, “Artıq heç bir şey etmirik. Onu axtardım, e-poçtlar göndərdim, ən yaxın dostları ilə əlaqə yaratmağa çalışdım. Dostları yaxşı niyyətli cavablar belə yazdılar. Ancaq Dylandan cavab ala bilmədim. Artıq bu qədər səy kifayətdir. Amma ümidimi itirməmişəm. Əminəm ki, ortaya çıxacaq.” deyib.

Nobel mükafatları Dekabrın 10-də İsveçin Stokholm şəhərində keçiriləcək mərasimlə sahiblərinə paylanacaq. Ancaq Dylan-ın mərasimə qatılıb-qatılmayacağı bilinmir. Dylan, mükafatla bağlı olaraq heç bir media orqanına müsahibə verməyib. Nobel Komitəsi, mükafatı, Amerika musiqi ənənəsində yeni bir poetik obraz yaratdığı üçün musiqiçi Bob Dylan-a vermişdi.