Futbol

Arda, Barselona-nın ən çox qaçan ikinci futbolçusudur

808views

Arda, Barselona-nın ən çox qaçan ikinci futbolçusudur.

Atletico Madriddən ayrılarkən “Gedirəm, çünki burada çox qaçıram”, – deyən Arda Turan, Barcelona 2-ci mövsümündə ən çox qaçan futbolçular arasına girib. İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 8-ci həftəsində, öz meydanında Deportivonu 4-0 məğlub edən Barcelonada ilk 11’də meydançaya çıxan və matç sonuna qədər forma geyinən Arda Turan, statistikalarda meydançanın ən çox qaçan futbolçusu olaraq diqqətləri çəkib. Deportivo matçındakı statistikaya görə 10.87 kilometr qaçdığı müəyyən edilən Arda, Deportivodan Celso Borges (10.81) və komanda yoldaşı Ivan Rakiticin (10.74) qarşısında meydançanın ən çox qaçan futbolçusu olub.

La Ligada geridə qalan 8 matç sonunda ümumi statistikaya baxanda Barcelonada ən çox qaçan futbolçu, cəmdə 68.47 kilometrlə Jerar Pique olarkən, Arda Turan 67.39 km ilə ikinci sırada yer alır. Digər tərəfdən, Deportivo oyununda Barcelonanın meydançadakı ən fəal oyunçularından biri olan, pasları, oyunu quran Arda, bütövlükdə 10 dəfəylə ən çox top vuran futbolçu olmağı da bacarıb.

La Ligadakı 8 oyunun 6’sında ilk 11, 2’sində də ehtiyatdan oyuna girən Arda, cəmi 572 dəqiqə meydançada qalarkən, Piquedən (630 dəq) sonra Barcelonada ən çox meydanda olan ikinci futbolçudur.