Kosmos

6 mümkün ehtimaldan biri reallaşarsa Dünya yox olacaq

990views

6 ehtimal var: Biri belə reallaşarsa Dünya yox olacaq.

Bu dünyanın da sonu əlbət bir gün gələcək. Bəs bu son necə bir şəkildə reallaşacaq? Elm insanları buna dair 6 ehtimaldan bəhs ediblər.

Dünyanın neçə milyon il var olduğuna dair elm adamları davamlı şəkildə yeni nəzəriyyələr üzərində çalışırlar və bu dünyanın sonuna qətiyyətlə inanırlar ancaq bunun necə olacağı mövzusunda fikir birliyinə sahib deyillər. Təbii ki, fərqli-fərqli bir çox nəzəriyyələr var. İndi onlardan ən çox etibar edilən 6 nəzəriyyəyə nəzər salaq:

Dünyanın nüvəsində soyuma hadisəsi.

Dünyanın ətrafında manyetosfer adında qoruyucu bir qalxan hissə var. Günəşdən gələn enerji yüklü hissəciklər əvvəl bu qalxana dəydiyi üçün Dünyaya birbaşa olaraq çatmır. Əgər Yer kürəsinin nüvəsi soyuyarsa manyetosfer yox olar və Günəşdən gələn hissəciklərin Dünyaya dəyməsi atmosferi yox edər. Atmosferin yox olması da Dünyanın yox olması deməkdir.

35fb629bb701c80bcd13d6fc7a5e6727a79c27ca6d6f0a06

Asteroid yağışı.

Dinozavrları yox edən də asteroid yağışı idi. Ancaq Dünyanın yox olması üçün daha böyük bir asteroid yağışı lazımdır. Bunun olma ehtimalı var, çünki milyardlarla il əvvəl reallaşmış və okeanları belə qaynatmışdı. Əgər yenə reallaşarsa Dünya üzərində heç bir canlı qalmaz.

1546f24692fdc7346d966e84f9974637c27b9a8c1c527fc0

Qamma şüası partlaması.

Kainatın bilinən ən yüksək enerjili partlama hadisəsidir. Qamma şüası partlaması Günəşin ömrü müddətində yaydığı enerjidən daha böyük bir enerji yayar. Böyük bir partlama ozon təbəqəsini yox edərək Dünyanın zərərli şüalara məruz qalmasına səbəb ola bilər. Bu da yer üzündəki bütün canlıları yox edər.

993ee1b609a9447abb90e30fa513ca193f06c5c70c1cbb02

Qara dəlik.

Onlar haqqında çox məlumat sahibi deyilik. İçinə işığı belə çəkə biləcək gücdə olduqlarını bilməyimiz belə nadir və ürküdücü gerçəklərdən biridir. Əgər bir dənəsi belə Günəş sisteminə yaxınlaşsa hər şeyi yox edər.

181000aefc3bbf0dc6dea5000de778e14c87e206ebba58ed

Günəş sönməyə başlasa.

Günəş də bir ulduz olduğu üçün digər bütün ulduzlar kimi bir gün sönüb yox olacaq. Sönməyə başladıqca xarici laylarını itələyərək Dünya və digər planetləri özünə çəkməyə başlayacaq. Bu da yox olmağımız üçün kifayətdir.

4907ef80f9c945d6e9e8eff60d2db9a79c5a5a70da8e6a73

Dünyanın ölümcül bir orbitə sürüşdürülməsi.

Son araşdırmalar göstərir ki Samanyolu Qalaktikası’ndakı planet sayı ulduz sayından 100 min dəfə daha çoxdur. Bu da deməkdir ki, Günəş sistemində olmayan bir planet əgər kifayət qədər böyükdürsə, çəkim qüvvəsiylə Dünyanı orbit xaricinə çıxardıb xarici kosmosa fırlada bilər. Bu da Dünyanın yox olması mənasını verir.

285d25f2e4db3c64ebb486162a1a173a4c42b539d7a7dbf5