İnsanlıq tarixinin ən əhəmiyyətli icadçısı: Nikola Tesla
Nikola Tesla 19 iyul 1856-cı ildə Smilijan Lika’da dünyaya gəlib. Smilijan Lika bu gün Xorvatiya sərhədlərində yerləşir. Ancaq o illərdə bu şəhər Avstriya Macarıstan İmperatorluğu sərhədləri içərisində idi. Nikola Teslanın atası bir Ortodoks keşişi ikən anası eynilə özü kimi bir ixtiraçı olaraq tanınardı. Əslində savadlı deyildi amma ev alətləri üzərində çalışırdı.
”Nikola Tesla ilk olaraq Avstriyada Graz Politexnik İnstitutunda təhsil alıb, daha sonra Praqada Charles Universitetində təhsilinə davam edib. Əslində Nikola Teslanın fizika və riyaziyyat mövzularında ixtisaslaşmış olduğuna dair söz-söhbətlər var ancaq Tesla kariyerasına elektrik mühəndisliyi sahəsində davam edib. ”
Teslanın icad hekayələri, bir yoldaşı ilə parkda birlikdə gedərkən, qum üzərinə çəkdiyi bir diaqram ilə başlayır və bu diaqram induksiya mühərriki prinsipini izah edir. Bu standart elektrik motorudur və indiki vaxtda bir çox cihazda istifadə edilir.
6 iyul 1884, Tesla ABŞ-a gedir. Tomas Edison tərəfindən doğru axın generatorlarını yenidən hazırlanması üçün işə alınır. Edison, Tesla’ya bu iş üçün 55.000 $ ödəniş təklif edir. Bu gün bu dəyərin 1,4 milyon dollar olduğu deyilir. Bu işin tamamlanmasından sonra, Tesla özünə söz verilən ödəməni tələb edib, ancaq Edison bu ödəməni etməməklə birlikdə, bu mövzuda ciddi olmadığını ifadə edib. Tesla bu davranışa heç bir məna verə bilməyərək Edisonun şirkətindən (Bu gün ki General Electric, dünyanın ikinci ən böyük şirkəti) Corc Westinghouse ilə birlikdə öz sistemi olan alternativ axını satışa çıxarmaq üçün 1888-ci ildə ayrılır.
Bundan sonra Teslanın alternativ axını, Edisonun doğru axını ilə rəqabət etməyə başlayır. Bunun səbəbi Edisonun, Tesla və alternativ axını qaralamaq üzrə hərəkətə keçməsi olur. Edison açıq bir şəkildə, insanları alternativ axın mövzusunda qorxutmağa çalışırdı. Hətta xalq içində bir sirk filini edam etdiyi belə iddia edilirdi. Bu dövr ”axınların döyüşü” dövrü olaraq yadda qaldı.
Əslində doğru axının çox müvəffəqiyyətsizliyi vardı və bir çox uşağın ölümünə səbəb olmuşdu. Bununla kifayətlənməyib, bir çox evdə yanğın çıxmasına da səbəb olmuşdu. Ayrıca iki cür axının fərqləndirməsində, nəzərə alınası başqa bir şey, doğru axının maksimum intervalı ilə, Teslanın alternativ axın aralığının arasındakı fərqdir. Nəhayət bir gün Edison, özü belə, ortaq tələblərə görə doğru axınının istifadəsini buraxıb alternativ axını seçərək yoluna davam etmişdir.
Bu gün qaynaqlar Nikola Teslanın 700 ədəd patenti olduğunu söyləyir. Nikola Teslanın fikirlərindən bəziləri, kabelsiz ünsiyyət, lazer texnologiyası, robotlar, uzaqdan nəzarət sistemləri, radio, radar və daha çoxu idi.
Qısacası elektrikli bütün sistemlər və bizə təqdim etdiyi müasir həyat Nikola Teslanın mirasıdır.
Tesla 7 Yanvar 1943-də New Yorkda bir otel otağında, ürək çatışmazlığı səbəbiylə həyatını itirdi. Nikola Tesla öldüyündə, ABŞ hökuməti onun elmi işlərinə əl qoymuşdu.
Onun fikirləri, yaşadığı zamanda, zamanın kənarında fikirlər idi. Bu səbəblə bir çoxları Nikola Teslanın yalnız dəli olmuş biri olduğunu belə düşünürdü. Öldüyü zaman çox kasıb idi və yaxşı bir şöhrəti də yox idi. Nikola Teslanın həyat hekayəsinin ən böyük faciəsi, Edisonun əsrin icadçısı olaraq bilinməsi idi. Bu günə baxsanız, tarix və fənn kitablarında Nikola Tesla adının çox tez keçdiyini görməzsiniz. Sanki unudulub və insanlar dünya nizamını onun necə dəyişdirdiyini heç anlamayacaqlar.
Mənbələr: