Kosmos

NASA canlı yayımda 7 yeni planet kəşf etdiklərini açıqladı

Trappist-1
1.02Kviews

NASA bütün dünyanın maraqla gözlədiyi mətbuat konfransında 7 yeni planet kəşf edildiyini açıqladı.

“Exoplanet” adlandırılan bu planetlər bizdən 40 işıq ili uzaqlıqdakı 7 ədəd planeti olan planet sistemidir. Həmin 7 planet “TRAPPIST-1” ulduzu ətrafında fırlanır və onların hər birinin məsafəsi Merkurinin Günəşə olan məsafəsindən daha yaxındır. Hətta bir planetdə durduğunuzda digər planetləri də səmada görə bilərsiniz!

Trappist-1

7 planetin hər birində su olma ehtimalı olsa da, onların 3-də bu ehtimal daha çoxdur.
Həmçinin nəzərinizə çatdıraq ki, bu yeni rekord deməkdir. Belə ki, tapılan yaşanılabilər zona sayı indiyə qədər tapılanlar arasında ən yüksəyidir!