Gündəm

Qaçqınlara təpik atan Macarıstanlı operatora mükafat

720views

Keçən il Macarıstanın Röszke şəhərində polis səddini keçərək qaçmağa çalışan qaçqınlara təpik atan operator Petra László, uzun bir vaxtdan sonra aldığı mükafat ilə yenidən gündəmə gəlib.

Petra László və həyat yoldaşının hazırladığı sənədli film ‘Lakitelek Sənədli Film Festivalı’nda xüsusi mükafata laiq görülüb.

László cütlüyünün hazırladığı “Xalqın Düşmənləri” adlı sənədli film 1956-cı ildə həyatını itirən bir üsyançının tarixindən bəhs edir.

Sözü gedən filmin Macarıstan Televiziyasında da yayımlanacağı açıqlanıb.

Xatırladaq ki, balaca qaçqın qıza qarşı sərt davranışı ilə tənqid olunan və buna görə işlədiyi N1 televiziyasından qovulan László, tənqidlər və təhdidlərə dözməyib, ailəsinin təhlükədə olduğunu söyləyərək ortadan yoxa çıxmışdı.

László’nun ölkəni tərk etdiyi söylənilirdi.