KonsertMəşhurlar

MTV mükafatlandırma gecəsində Drake və Rihanna’nın öpüşməsi gecəyə damğa vurub

938views

MTV mükafatlandırma gecəsində Drake və Rihanna eşqi.

Drake ilə Rihannanın səhnədə sarılması və öpüşməsi də gecəyə damğasını vuran anlardan biri idi. İlk dəfə 1984-ci ildə təşkil edilən MTV Video Musiqi Mükafatları mərasimi, bu il ABŞ-ın New York şəhərindəki Madison Square Gardenda təşkil edilmişdi. Mükafat gecəsinə Michael Jackson Vangouard Video Mükafatını qazanan Rihanna damğasını vurdu.

 

Rihanna, gecədə mükafatını əlindən aldığı sevgilisi Drake ilə romantik anlar yaşayıb. Drake, Rihannaya 22 yaşından bəri aşiq olduğunu söyləyərək səhnəyə çağırıb: “22 yaşından bu yana aşiq olduğum, ən yaxşı yoldaşlarımdan biri. Məndən gənc olmasına baxmayaraq bütün yetkinlik həyatım boyunca ona həsəd aparmışam.” – deyib. Rihanna da bu uğurun əməkdaşlıqlarının məhsulu olduğunu ifadə edib, söylədiklərindən ötəri Drake’ə təşəkkür edib.