948
Forbes jurnalının “Ən çox sərvətə sahib olan həyatını itirmiş insanlar” siyahısında Michael Jackson ilk pillədə yer aldı.
Dünən Forbes jurnalı tərəfindən təqdim olunan siyahıda, 852 milyon dollarlıq gəliri ilə, yeddi il öncə həyatını itirmiş pop musiqisinin kralı Michael Jackson ilk sırada qərarlaşdı.
48 milyon dollar gəlir ilə ssenarist və eyni zamanda rəssam Charles Schulz ikinci sırada göstərildi.
Kral ləqəbi ilə tanınan Amerikalı golf ustası Arnold Palmer 40 milyon dollar gəlir ilə 3-cü sırada göstərildi.
Elvis Presley 27 milyon dollar gəlir ilə 4-cü,
Prince 25 milyon dollar gəlir ilə 5-ci,
Bob Marley isə 21 milyon dollar gəlir ilə 6-cı sırada yer aldı.
add a comment