Mətbəx

Meksika mətbəxi

Totilla,Takonun hazırlanması
2.35Kviews

Dostsevər, şən, temperamentli meksikalıların keyfiyyətləri onların 8-9 min illik mətbəx tarixinə də sirayət edib.

Meksika mətbəxi müxtəlif məhsulların qarışığından istifadə olunaraq, gözlənilməz dadların yarandığı, müxtəlif yeməklər ünvanıdır. Bu mətbəx acı souslar və ədviyyatlar ilə türk mətbəxinə daha çox yaxındır.

Bu mətbəxin fərqli xüsusiyyəti həm də yeməklərə əlavə olunan cəzbedici çeşidli ədviyyat ətirləridir. Xörəklərdən harmonik və yumşaq dad almaq üçün bu ədviyyatlardan qədərində istifadə şərtdir.

Balqabaq və qarğıdalı unundan hazırlanan Meksika mətbəxinin simvolu “tortilla” hər Meksikalının evində bişir.

yaaz.az meksika metbexi
Meksika mətbəxinin simvolu – Tortilla

Maya əfsanəsinə görə tarixi 12000 il əvvələ söykənən ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanmışdı.

Adı ispanca “yumru tort” mənasını verən “torta” sözündən alan tortilla, qarğıdalı və ya buğda unundan hazırlanan kiçik, incə, yumru bir lavaşdır. Hər yeməkdə çörək əvəzi yeyilən Tortillalar yalnız çörək kimi deyil, eyni zamanda üstü müxtəlif bəzənərək pizza olaraq da, eyni zamanda qatlanıb eyni şəkildə doldurularaq da yeyilir. Beləcə, içindəki məmulatlar sayəsində yeni-yeni tamale, flauto, buritto, ya da quesadilla adları alan tortilla meksika mətbəxinin simvoluna çevrilir.

yaaz.az meksika metbexi
Tako, Tortilla’dan hazırlanan yeməklərin ən məşhuru sayılır

Tortilla’dan hazırlanan yeməklərin ən məşhuru olanı Takodur. Tako ikiyə qatlanmış içinin kahı, rəndələnmiş pendir, yaşıl bibər və pomidor kimi tərəvəzlərin doldurulmasıyla hazırlanır. Yumşaq və ya kövrək ola bilən Tortilla içlərinə qoyulan vəsaitlərə görə də müxtəlif adlar alırlar.

Tamale isə, Meksikada olduqca məşhur olan bir yeməkdir. İçinə qırmızı və yaşıl bibər qoyularaq hazırlana bilir. Şirin olanı da mövcuddur. Toyuq, ət və ya meyvələr banan yarpağına və ya qarğıdalı qabığına bükülərək hazırlanır.

yaaz.az meksika metbexi
Qarğıdalı qabığına bükülmüş Tamale

Quesadilla – yumşaq tortilladan hazırlanan börəkdir. Ətli, toyuqlu və ya pendirli ola bilər, amma ümumiyyətlə toyuqla olanı daha çox sevilir. Tomat, acı krem və acı bibərlə süfrəyə verilir. Buritto silindr şəklində içinə qovrulmuş ət ya da toyuq qara paxla, plov, pomidor, kahı və sous qoyularaq hər iki ucu bükülmüş halda yeyilir.

yaaz.az Meksika metbexi
Quesadilla börəyi

Kövrək qarğıdalı unundan hazırlanmış tortillanın içi müxtəlif təamlarla doldurulmuş Ençilada da meksika mətbəxinin sayılıb seçilən doyumlu yemək növlərindəndir. Qarğıdalı unundan hazırlanmış tortillanın – içinə ət, toyuq və ya pendir qoyulur. Ençiladanın sousu içindəkilərə uyğun olaraq seçilir.

yaaz.az meksika metbexi
Meksika mətbəxinin ən doyumlu yeməyi – Ençilada

Meksikada gənc qızlar illərini çox istifadəli tortillanın mükəmməl hazırlnma üsulunun sirlərini öyrənməklə keçirirlər.

Ötən əsrin ortalarından Fransa mətbəxinin təsiri nəticəsində günümüzdə də uğurla istifadə olunan müxtəlif, çox dadlı kökələr, kekslər və pudinqlər, meksika mətbəxinin əvəzsiz parçasına çevrilib.