Astrologiya

Ulduz falı: 20 mart-26 mart | Həftəlik

Heftelik burcler mart 2017
1.98Kviews

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə bürcünüzə doğru irəliləyən Günəş, yeniliklərin və canlanmanın xəbərçisidir. Son aylarda dəyişən gündəminiz bu gümlərdə nisbətən sabitlləşəcək. Həftənin ilk günlərində ciddilik tələb edən məşğuliyyətlər içində ola bilərsiniz. Xərclərinizdə diqqətli olmalısınız. Sevgidə də bəzi qərarsızlıqlar ola bilər. Martın 24-ündən etibarən isə yeniliklər artıq özünü göstərməyə başlayacaq. Yeni hədəflər və doatlarla birgə işlər uğurlu nəticələr gətirə bilər. Bu günlərdə düşüncələrinizdə olduqca istəkli və iddialısınız. Ancaq ifrat dərəcəsində təşəbbüskarlıq da müşahidə oluna bilər. Buna qarşı diqqətli olun.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu günlərdə gözü bağlı hərəkət etməkdən uzaq durmalı və hələ dəqiqləşməmiş mövzular qarşısında səbrli olmalsıınız. Xüsusilə daha əvvəl atdığınız addımlar və maliyyə məsələlərində bəzi diqqətsizliklər ola bilər. Həftənin ilk günlərində uzaqlarla bağlı məsələlərdə və təhsil mövzularında planlı hərəkət etməlisiniz. İnsanlarla olan münasibətlərdə baxış tərzinizi bacardığınız qədər yumşaltmağa çalışın. Martın 24-ü ərəfəsində iş həyatınızda uğurlu addımlar ata bilərsiniz. Məksədli olduğunuz işlərə qarşı diqqətli yanaşmağınız yaxşı nəticələr verəcək.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, yenidən doğan hədəflərə və sosial həyatınızdakı yeniliklərə işarədir. Özünüzü daha azad hiss edə biləcəyiniz günlərdəsiniz. Ancaq həftənin ilk günlərində iş həyatınızda bəzi problemlərlə qarşılaşa bilərsiniz. Olduqca sakit davranış sərgiləməlisiniz. Martın 24-ü ərəfəsində. düşüncələrinizi daha yaxşı bölüşə biləcəyiniz fürsətlər yaranacaq. Səyahətlər və təhsillə bağlı məsələlərdə bəzi irəliləyişlər ola bilər. Mbüahisələrinizdə də hirsli olacaqsınız.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, hədəflərinizlə bağlı məsələlərdə son dərəcə hərəkətli və mabrizə apara biləcəyiniz bir dövrə girdiyinizdən xəbər verir. İşlərinizə qarşı diqqətli olmalı və üzərinizdə olan məsuliyyətlərə vaxtınızı daha çox sərf etməlisiniz. Həftənin ilk günlərində şərikli məsələlər gündəmdə ola bilər. Olduqca dürüst davranmalı və düzgün addımlar atmalsınız. Bu həftə eyni zamanda maliyyə hədəfləriniz də əsas gündəm olacaq. Martın 24-ü ərəfəsində işlə bağlı məsələlər daha çox önə çıxacaq. Lazımsız narahatlıqlardan uzaq durmağa çalışın.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, sizə daha yüksək enerji və xoş əhval bəxş edəcək. Fikirlərinizi daha yaxşı təqdim edə və tanıda bilərsiniz. Xarakterinizi göstərməyiniz bəyəniləcək. Ancaq həftənin ilk günlərində iş həyatınızda baş verəcək hadisələr bəzi streslərə səbəb ola bilər. İşə daha yaxşı kilitlənməli və məhsuldar olmalsınız. Martın 24-ü ərəfəsində isə. şərikli işlərə vaxtınızı sərf edrək irəliləməli və balansı daha gözəl qurmağa çalışmalısınız. Bu günlərdə düşüncələrinizi və inanclarınızı göstərməkdə olduqca istəkli ola bilərsiniz.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu yeni dövrdə sizi hərəkətə keçirən və vacib addımlara məcbur edən vəziyyətlər gündəmdə olacaq. Həyəcanınızı nəzarətdə saxlamalı və rahatlıqdan uzaq durmağa çalışmalısınız. Şərikli işlərə daha çox vaxt sərf edə bilərsiniz. Həftənin ilk günlərində hisslərinizdə dəyər verdiyiniz mövzulara kilitlənə bilərsiniz. Övladlarınız və ya sevgi həyəatınızla bağlı bəzi dəyişikliklər ortaya çıxa bilər. Martın 24-ündən etibarən isə, iş həyatınızla bağlı yeniliklər və irəliləyişlər gündəmdə ola bilər. Bu vaxtlarda uzaqlarla bağlı işlərə də bir xeyli zəhmət sərf edə bilərsiniz.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə Günəşin əks bürcünüz Qoça daxil olması vacib dəyərləndirmələrdən xəbər verir. Əhəmiyyətli nəticələr əldə edə bilərsiniz. Bu günlərdə evlilik və ya şərikli məsələlərdə daha ağıllı hərəkət etməyiniz tələb olunur. Eyni zamanda bu həftə maliyyə məsələləri və ya borclarla bağlı məsələlərlə də maraqlana bilərsiniz. Xüsusilə bu sahə bir xeyli əziyyət istəyir. Martın 24-ündən etibarən isə. düşüncələrinizdə daha yaradıcı olacaqsınız. Sevgidə və uşaqlarla bağlı məsələlərdə olduqca aktiv ola bilərsiniz.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə Günəşin Qoç bürcünə doğru irəliləməsi ilə fiziki baxımdan daha hərəkətli və mübariz ola biləcəyiniz günlər başlayır. İş həyatınıza və səhhətinizlə bağlı məsələlərə daha çox vaxt ayıra bilərsiniz. Bu vaxtlarda evlilikdə və şərikli məsələlərdə daha sakit olmaq daha yararlı ola bilər. Güvən axtarışında olmağınız bəzi streslərə gətirib çıxara bilər. Həftənin ilk günlərində yaxın dostlarla görüşlər olduqca hərəkətli görsənir. Martın 24-ü ərəfəsində, ətrafınızdakı insanlar və ailənizlə bağlı mövzularda xoş əhvalda olacaq və aktivlik göstərəcəksiniz.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu dövrdə Qoç bürcünə doğru irəliləyən Günəş, yaradıcı işlərə, daha əyləncəli və optimist ola biləcəyiniz mövzulara qapı açmaqdadır. Xarakterinizi daha istəkli şəkildə və cəsurca göstərdiyiniz sevgidə və uşaqlarla bağlı məsələlərdə daha yenilikçi ola bilərsiniz. Həftənin ilk günlərində maliyyə məsələləri və iş həyatınızla bağlı mövzularda daha dürüst və mübariz olmağınız lazım ola bilər. Bu həm də sizi birazca yoracaq.  Martın 24-ü ərəfəsində isə, fikirlərinizi daha gözəl ifadə edə biləcəyiniz görüşlər və rəngli ziyarətlər içərisində olacaqsınız.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, vacib bir dövrə girməyinizdən və özünüzü daha yaxşı göstərə biləcəyiniz imkanlardan xəbər verir. Eyni zamanda ailənizlə bağlı məsələlər də bu həftə gündəmdə olacaq. Arzu və istəklərinizdə olduqca qərarlı görsənirsiniz. Sevgidə isə daha təmkinli düşünməkdə fayda var. Həftənin ilk günlərində şəxsi həyatınızla bağlı mövzularda daha aktiv ola biləcəksiniz. Martın 24-ündən etibarən isə, iş həyatınız və maliyyə sahəsində bacarıqlarınızı həyata keçirməkdə daha qərarlı və yenilikçi ola bilərsiniz.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, yaxın dostlarla daha çox ünsiyyətdə olacağınıza və görüşlərinizdə yeni imkanlara, yeniliklərə işarə etməkdədir. Düşüncələrinizdə daha azad ola bilərsiniz. Bu dövrdə də iş həyatınızda maliyyə məsələlərinə qarşı diqqətli davranmalsınız. Həftənin ilk günlərində nəzərinizdən qaçan məsələlər bəzi narahatlıqlara səbəb ola bilər. Ancaq martın 24-ü ərəfəsində, bir çox mövzuda daha istəkli və təşəbbüskar olacaqsınız. Düşüncələrinizdə daha kəskin ola bilərsiniz.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bu həftə Qoç bürcünə doğru irəliləyən Günəş, işlə bağlı məsələlərin və xərclərinizin gündəmdə olacağından xəbər verir. Şəxsi bacarıqlarınızı daha yaxşı göstərə biləcəksiniz. Eyni zamanda maliyyə məsələləri ilə bağlı görüşlər və ziyarətlər gündəmə gələ bilər. Həftənin ilk günlərində gələcklə bağlı gözləmələriniz və iş hədəflərinizdə daha çalışqan və planlı olmağa çalışmalısınız. Martın 24-ü ərəfəsində, sosial mövzular və idarə etməkdə çətinlik çəkdiyiniz məsələlərlə maraqlanmaq məcburiyyətində ola bilərsiniz. Maliyyə ilə bağlı planlarınızda isə səbrli olmağa çalışın.