GündəmMaraqlıMünasibətlər

Məhdud imkanlı insanların iradə və cəsurluq günü

1.07Kviews

Bu gün iradə və cəsarət günüdür-milyonlarla insanlara nümunə olacaq güclü insanların günüdür.

Dünya bir çox fiziki qüsür sahiblərinin istedadını tarixə yazıb. Beləki, imkanları məhdud olan insanlar haqqında kədərli tarixçələrini eşitməyə adət etsək də, qüsuru özünə maneə hesab etməyib böyük uğurlar qazanaraq çoxuna nümünə olacaq həyat hekayəklərinin qəhrəmanı olmuş bu güclü insanlar haqqında danışmaq istərdik.

yaaz.az eliller gunu

Cavanlığında o tam sağlam idi, ancaq bir gün həkimlər ona Şarko xəstəliyi kimi tanınan amiotrofik skleroz diaqnozu qoyaraq faktiki olaraq Xokinqə hökm çıxarırlar. Onların sözlərinə görə Stiven bu diaqnoz sonrası həyatda heç iki il belə tab gətirə bilməzdi. Ancaq heçnəyə baxmayaraq həyat eşqi sayəsində o, bu gün 74 yaşında həm dərs deyən pedaqoq həm də sayılıb seçilən alimdir. Pərəstişkarlarından biri onun üçün xüsusi proqram vasitəsilə insanlarla ünsiyyət qura bilən, elektron tərcüməçi cihazı yaradaraq onun imkanlarını daha da asanlaşdırıb. Bütün çətinliklərə baxmayaraq, Stiven Xokinq dolğun bir həyatla yaşayır və hətta əldə etdikləri ilə kifayətlənmək fikrində deyil.

yaaz.az eliller gunu

Kristin Braun haqqında film belə çəkilib. _Mənim Sol ayağım_ adlı film məşhur bir irland rəssamının böyük həyat hekayəsidir. Uşaqlıqda müstəqil idarə edə bildiyi yeganə bədən üzvü olan sol ayağı idi. Kristin demək olar ki, tərpənə bilmirdi. Bu vəziyyətdə ona yalnız doğma Anası güvənir və hər şeyə rəğmən ona inanırdı. Ona kitablar oxuyur, rəsmlər göstərərək əqlini inkişaf etməyə çalışır onu cəmiyyətə bağlamaq həvəsində idi. Və nəhayət bir gün o, gözlənilən möcüzə baş verir! Beş yaşlı Kristin bacısının əlində təbaşir parçasını sol ayağı ilə əlindən alır və döşəməyə rəsm çəkməyə başlayır. Və hər şey elə bundan sonra başlayır, beləki özünə güvənən bu uşaq rəssam kimi tarixə düşməyi bacarır.

yaaz.az eliller gunu
Kris Nolan rəssam Braun kimi anasının səyi nəticəsində özünü poeziyada tapır. İlk vaxtlar heç tərpənə bilməyən Uşaq serebral iflicindən əziyyət çəkən balaca Krisin anası diaqnozla barışa bilmir. Körpəlikdən ona klassik müsiqilər dinlətməklə, yorulmadan müxtəlif kitablar oxumaqla, inkişaf edici hərəkətlər etməklə möcüzəni qazanmış olur. Beləki, Krisdə irəliləmə baş verir və o günbəgün inkişaf, hərəkət etməyə etməyə başlayır. Artıq özünə güvənən gənc oğlan şeirlərini yavaş-yavaş çap maşınında yığmağa başlayır. 15 yaşından isə artıq şeirləri ilə məşhurlamağa başlayan Kris poeziya aləmində şair kimi tarixə düşür.

yaaz.az eliller gunu
Gözdən qüsurlu olan balaca Stivi radiodan eşitdiyi melodiyaları təqlid etmək üçün saatlarla əlində çəngəl qaşıqla qazanların üzərində ritm tutardı. Zaman keçdikcə bir neçə musiqi alətlərində ifa etməyi öyrənir və yerli kilsədə çıxış edərək pərəstişkar toplayır. Və beləcə bütün dünyaya məşhur musiqiçi Stivi Uander karyerası belə başlayır.

yaaz.az eliller gunu

Nik Vuyçiç nadir Teatra-Ameliya sindromu ilə anadan olub. Bədən üzvünün yalnız daban və üzərində ki, iki barmağa sahib Nik ilk vaxtlar yaşamaq həvəsində olmasa da, əksinə bu gün o, məhz elə yaşamaq həvəsini bütün bəşəriyyətə nümünə kimi ötürür və yaşamağın nə qədər gözəl, həyatın nə olursa olsun bir Pay olduğunu bütün dünyaya təlqin etməkdədir. O, vaxt keçdikcə yazmağı örgənir, dişlərini yumağı, saçını daramağı, telefona cavab verməyi hətta kompüterdən istifadə etməyi belə ikicə barmağı sayəsində edir. 24 ölkə gəzən, məktəblərdə, univesitetlərdə, təşkilatlarda çıxış edən Nik hal hazırda kitab yazır. Bu mərd adam ən böyük hesab etdiyimiz problemi belə gözümüzdə toz kimi heç edir.

yaaz.az eliller gunu

Cəsur fransız aktrisa Sara Bernar da dəyanət nümunəsidir. Beləki 72 yaşında ayağını itirmiş aktrisa qəti şəkildə protez və qoltuqağaclarındadan imtina edərək səhnəyə oturaq vəziyyətdə çıxıb təklif olunmuş obrazını yetərincə gözəl ifaetməyi bacarırdı. Mən qaçılmazlarla barışmağı bacarıram yaşamağa davam etməyin yolu ancaq budur, o vaxta qədərki nəfəs alıb verirsən həyat gözəldir!

Dünya əhalisinin təxminən 10 faizi olan dəyanət nümunəsi olan minlərlə belə heyrətamiz həyat tarixçələri sahibi bu məhdud imkanlı insanlar, hər il dekabr ayının 3’ü diqqət mərkəzində olur və hərkəsə – özünə və öz gücünə inam verməkdə stimul verir.