Sənət

Məhəllə mədəniyyətinin davam etməsini təmin edən səyyar satıcılara heç bu gözlə baxmısınız?

909views

Məhəllə mədəniyyətinin davam etməsini təmin edən səyyar satıcılara heç bu gözlə baxmısınız?

Fotoqraf Loes Heerink Vyetnamın Hanoi şəhərində qalarkən, hər gün küçələrdə gəzən küçə satıcılarını və onların velosipedlərinə qoyduğu məhsulları havadan çəkərək mükəmməl görüntülər əldə edib. Küçə satıcılarının velosipedlərində möhtəşəm bir simmetriya və gözəlliklə yerləşdirdiyi tərəvəz-meyvələr ya da çiçəklər maraqlı və bir o qədər bənzərsiz görüntülər ortaya çıxarıb.
Heerink çəkdiyi bənzərsiz fotoşəkilləri birləşdirərək kitab halına gətirib. Fotoşəkillərin hamısı Hanoi‘də hündür bir yerdə olan bir körpüdən çəkilib və hər biri möhtəşəm simmetrik, bənzərsiz rənglərə sahibdir.
Heerink: “Körpünün üstündə hər gün küçə satıcılarının keçməsini gözlədim. Çünki onların gözəlliyini və yaratdıqları küçə sənətini ölümsüzləşdirmək istəyirdim.”