MaraqlıSənət

Fotoları ilə əfsanə olmağı bacaran Magnum Agentliyindən 10 foto əhvalatı

657views

Yalnız gözəllik və insani fotoşəkilləriylə deyil, dünyanı sarsıdan hadisələrə şahidlik edən şəkilləri ilə bu gün bir çox gerçəyi gözlər önünə sərməyi bacarmış məşhur fotoşəkil agentliyinin təsir edici 10 fotoşəkilini görməyə və fotoşəkillərin əhvalatlarını öyrənməyə hazırsınızmı?

Magnum Agentliyi, hər şeydən əvvəl beynəlxalq bir fotoşəkil agentliyidir. İkinci dünya müharibəsindən sonra, hər biri fotoqrafiyada əfsanə olan Henri Cartier – Bresson, Robert Capa, Corc RodgerDavid Seymour tərəfindən qurulub və qısa bir zaman içərisində dünyanın ən əhəmiyyətli agentliyinə çevrilib.

1. Erich Lessing, Düsseldorf – 1951
Avstriyalı bir Yəhudi olan Erich Lessing, döyüşün acı üzünü göstərir bu kadrda. İkinci Dünya Müharibəsinin bitməsindən altı il keçsə də şəhərlər hələ də xaraba kimidir. Qızın baxışları isə müharibənin acı üzünü göstərməyə kifayət edir.

132bf43egzt

2. Brono Barbey, Braziliya – 1966
Barbey, “Məni gözəllik və insani olan, pozitiv olan şeylər özünə çəkir. Savaş səhnələrini çəkməkdənsə, bir kölgə oyununu çəkməyi seçim edirəm. Vəhşilik və dəlilik estetikasını rədd edirəm.” deyir.

BRAZIL. Amazonas. Belem. The Amazon river. 1966.

3. Eugene Richards, ABŞ – 1986
1986-cı ildə həbsdən yeni çıxmış bir məhkum, sevgilisinə qovuşanda ağlayır, lakin sevdiyi qız eyni duyğu vəziyyətinə sahib deyil. Həmin günün gecəsi qadın ortadan itir.

be0b3f41h

4. Paolo Pellegrin, Kamboca – 1998
Vyetnamlı köhnə bir həyat qadını olan Nhan, Kamboçada Aids ilə mübarizə aparır. Bu şəkil, bir pərdənin arxasında göstərilən həyat qadını və həyat arasındakı məsafəni göstərir.

ade9eb22f

5. Thomas Dworzak, İraq – 2003
Səddam Hüseynin doğulduğu şəhərə Amerikalı birliklərin girməsinin dərhal ardından qarşı-qarşıya gəldikləri bir lama sürüsü. Thomas Dworzak, “Fotolarımdakı görüntülər üzərində heç bir əlavə işləməm yoxdur” deyir.

8fe6b40athomasdworzakirak2003

6. Josef Koudelka, Rumıniya – 1968
Dünya səviyyəsində bir dünya səyyahı olan Josef Koudelka’nın qaraçılar fotoşəkili olduqca maraqlıdır. Koudelka’nın deyimiylə, “Qaraçılar usta psixoloqlardır; musiqilərini sevdiysəm başqa şeylərini də sevmiş ola biləcəyimi anladılar.”

5f5de52ebbbbbb
7. Henri Cartier- Bresson, Almaniya – 1952
Henri Carier-Bresson bu fotoşəkilində Hamburgda limandakı liman işçilərini gördüyündə hər şeyi danışan fotoşəkilin gücünə inanıb çəkim düyməsinə basır.

8d72c172o

8. Alex Webb, Meksika – 1979
1979-ci ildə, Meksikadan ABŞ-a keçməyə çalışan qaçaqları rəngarəng çiçək tarlasında tutduqlarında, Alex Webb aparatı ilə orada idi.

792e554baa

9. Werner Bischof, Koreya – 1952
Paltarlarını tikanlı məftillərə asan Şimali Koreyalı döyüş əsirləri Werner Bischodf’un obyektivində əks olunur. Fotoqraf Qərb dünyasının Koreya Döyüşünə əhəmiyyətsiz hesab etməsi yanaşmasına reaksiya vermələrinə işarə edir.

8913cbebvv

10. Philip Jones Griffiths, İngiltərə – 1961
The Beatles qrupunun basçısı Paul McCartney hələ məşhur deyilkən Philip Jonesin obyektivində.

2a46a8ddxxxxxxxxxxx