Avtomobil

Lamborghini-dən daha güclü BMW M2

663views

BMW M2, fabrik çıxışı olaraq 365 HP gücə malikdir.

Manhart adlı alman modifikasiya markası, bu gücün kifayət olmadığını düşünərək M2-i geniş modifikasiya prosesindən keçirtmişdir.

M2, 3,0 lt-lik altı silindrli benzin mühərrik üzərində edilən irəliləyişlər sayəsində 621 HP güc və 750 Nm maksimum qüvvə momenti əldə edilmişdir. Bu güc göstəriciləri, dünyanın ən yaxşı super idman avtomobillərindən biri olaraq anılan Lamborghini Huracanı geridə qoymağı təmin edir.

Lamborghini Huracanda yer alan 5,2 ltlik V10 mühərrik, 602 HP güc və 560 Nm qüvvə momenti istehsal edir. Manhart modifikasiyalı BMW M2 isə; Bu nəhəng gücə çatmaq üçün turbo, intercooler, səsboğan sistemi və digər bir çox sahədə müxtəlif təkmilləşdirmələr aparılıb.

Avtomobilin suspenziya sistemi və əyləcləri üçün də ciddi işlər görülüb. 19 düymlük çərçivələr üçün öndə 255/35/r19, arxada isə 285/30/r19 ölçüsündə Michelin Cup 2 şinlərə yer verilmişdir.

Qızıl-mis qarışığı bir xarici gövdə rənginə sahib modifikasiyalı M2-də, alkantara döşəməli Recaro idman tip kresloların üzərində də eyni rəngli tikişlər var.