KompüterŞəbəkə

Kompüterdən Instagrama necə şəkil yükləmək olar?

3.2Kviews

Kompüterdən Instagrama fotoşəkil yükləmək mümkündür?

Mobil tətbiq üzrə cəmlənmiş bir sayt olan Instagram, özünü PC-də istifadə üçün nəzərdə tutmur. Instagramın Windows-da rəsmi bir tətbiqi olsa da, bu tətbiq də yalnız toxunma ekranlı cihazlarda foto paylaşmağa imkan verir.

Bu dəfə sizə Instagram’a kompüterdən şəkil yükləmək qaydasını qeyd edəcik.

1-ci üsul: Bluestacks

Bluestack
PC üçün bir Android emulyatoru olan tətbiq ilə mobil Instagram tətbiqini PC-də işlətmək mümkündür.

– Bluestacks App Pleyerini yükləyin və qurun. Yükləmə zamanı “App store access” variantının fəal olmasına diqqət edin.

– Sol üstdəki lupa simvoluna toxunaraq tətbiqi axtarmaq ekranını açın və Instagram yazın. Ekranda görünən düyməyə basın və Play Store’u açın.

Play Store’u açarkən, Google hesabınızla giriş etməyiniz istəniləcək, bu zaman gmail.com üzərində hər hansısa emailinizin olması kifayət edir. Əgər Google hesabınız yoxdursa bir Google hesabı yaratmağınız lazımdır.

– Google Play Store’da Instagram səhifəsini açaraq tətbiqi yükləyin.

Instagram tətbiqini işlədin və sessiya açın. Artıq Instagramı telefonunuzda olduğu kimi istifadə edə, fotolarınıza hətta filtrda tətbiq edib bölüşə bilərsiniz, eyni ilə mobildə istifadə etdiyiniz kimi.

2-ci üsul: Gramblr

Gramblr
Pulsuz bir proqram olan Gramblr, fotoları kompüterinizdən birbaşa olaraq Instagram hesabınıza yükləməyə icazə verir.

– Gramblrı endirinPC-nizə qurun.

Gramblr, şəklin ölçüsünü kiçiltmək funksiyasını təqdim etmədiyi üçün bu işi özünüz etməlisiniz. Paylaşmaq istədiyiniz şəkli 650 x 650 piksel miqyasına gətirin. Gramblr sadece .jpg ve .jpeg fayllarını dəstəkləyir.

Gramblrı ilk açarkən, Instagram hesabınıza giriş etməyiniz istəniləcək. Gramblr, Instagram tərəfindən dəstəklənmədiyi üçün hər zaman işləmiyə bilər. Ancaq onu mütəmadi olaraq istifadə edən bir çox istifadəçi var.

Gramblr pəncərəsinin ortasındakı “Choose File” düyməsinə tıklayın və yükləmək istədiyiniz faylı seçin. Bunun ardından “Upload” düyməsinə tıklayın.

– Sonrakı ekranda şəkiliniz üçün bir açıqlama yaza bilərsiniz. İşiniz bitdiyində “Save Caption” düyməsinə tıklayın.

Hashtag‘lərə diqqət edin.
Bəzi istifadəçilər, Gramblr ilə hashtag istifadə edəndə problem yaşadıqlarını deyirlər. Bu səbəbdən hashtagları istifadə edərkən bu vəziyyəti nəzərə almanızda fayda var. Belə bir problem olarsa mobil interfeysdən yenidən düzənləmə imkanı var. Bunu istifadə edərək istənilən hashtagları yenidən yaza bilərsiniz.