Dünya

İtaliyada homoseksual iki köhnə rahibə evləndi

486views

İtaliyada, homoseksual evlililklərini “mədəni birlik” adı altında tanıyan qanunun Mayda qəbul edilməsinin ardından, iki köhnə rahibə evləniblər.

BBC Türkcə’nin xəbərinə görə, soyadları gizli tutulan 44 yaşındakı İtalyan Federica ilə eyni yaşdakı Cənubi Amerikalı sevgilisi Isabel, İtaliyanın şimal-qərbindəki Pinerolo qəsəbəsində edilən mərasimlə dünya evinə giriblər.

Franciscan təriqətinə bağlı rahibələr 3 il əvvəl kasıblara və narkotik bağımlılarına kömək məqsədli bir misyonda çalışarkən tanış olublar. Federica və Isabel, həyatlarını birləşdirmək istədiklərinə qərar vermələrinin ardından da Katolik Kilsəsi’ndəki dini səlahiyyətlərini buraxıb, Vatikanla əlaqələrini qoparmaq üçün lazımlı proseduru tətbiq etməyə başlayıblar.

Prosesin tamamlanmasının ardından da Pinerolo’da Bələdiyyə Başçısı Luca Salvai’nin idarə etdiyi mərasimlə evləniblər.

s-99b51751e2321428c7282c9381e73840b8d8c78b

‘Allah insanların xoşbəxt olmasını istər’
Katolik Kilsəsi’ndəki vəzifəsindən ayrılsa da inancından bir şey eksilmədiyini vurğulayan Isabel, “Tanrı, insanların eşqlərini açıqca yaşayaraq xoşbəxt olmasını istər” deyib.

İtaliyanın cənubunda mühafizəkar bir kənddə dünyaya gələn Federica isə bütün bu prosesin ardından əsas vəzifənin hələ özünü gözlədiyini ifadə edərək, “Atama həm artıq rahibə olmadığımı, həm də Isabel’lə evləndiyimizi söyləmək məcburiyyətindəyəm” deyə danışıb.

 

s-184f06cf7c497a39ab5eecddf6eb28c4530ee1d3
Papa rəy bildirməyib.
Homoseksuallara istiqamətli ümumi olaraq “mülayim” mesajlar verən Katolik Kilsəsi lideri Papa Francesco, İtaliyada keçən May ayında qəbul edilən mədəni birlikdəlik qanunuyla əlaqədar görüş bildirməmişdir.

Ancaq Papa keçən bazar günü etdiyi çıxışda, Meksikada hökumətin homoseksual evliliklərini qanuniləşdirmək planına qarşı edilən etiraz nümayişlərinə dəstək vermiş və ‘ailənin və həyatın müdafiəsi adına mübarizə edən’ Meksikalı din adamlarının yanında olduğunu söyləmişdi.