Məşhurlar

İsveçli gözəllik kraliçası kürəyində 82kq-lıq adamla məşq edib | Video

793views

İsveçli gözəllik kraliçası Katerina Konow, kürəyində 82 kilo ağırlığında bir adamla məşq edib.

Konow‘un Instagram‘da paylaşdığı video böyük maraq oyandırıb. Məşhur gözəl ABŞ-ın Florida ştatındakı Mayami Beach‘də kürəyində bir adamı daşıyaraq bir neçə dəfə oturub qalxıb. Təbii ki, hadisə ilk baxışda normal görünsə də, gözəllik kraliçasında belə bir güc görmək hər kəs tərəfindən sıradan qarşılanmayıb.

Daşıdığı adamın 82 kilo olduğu ifadə edilərkən, Konow‘un məşq əsnasında heç bir çətinlik çəkmədiyi də müşahidə edilir.

Xatırladaq ki, ölkəsini 2012-ci ildə Beynəlxalq Gözəllik Yarışmasında təmsil edən Konow, 18 yaşında modelliyə başlamış və daha sonra fitnesslə məşğul olmağa yönəlmişdi.