Gündəm

İstanbul’da ağır yol qəzası ( video)

639views

Türkiyə’nin İstanbul şəhərində avtobusun (Metorbüs) öz yolundan çıxaraq qarşı yola keçməsi nəticəsində ağır yol qəzası baş verib.

Bu gün səhər saatlarında baş verən hadisədə ilkin məlumatlara görə, idarə etməni itirərək sol paralel yola keçən avtobus, 2 mərtəbəli başqa bir avtobus ilə toqquşaraq 4 avtomobili də əzib.

Qəzada 10 nəfər yüngül yaralanıb.

Ntv Xəbər Televiziyası’nın verdiyi ilkin məlumatlara görə qəza, sərnişinlərdən birinin sürücünün üzərinə hücum edərək təpik atması və çətirlə müdaxilə etməsi səbəbindən meydana gəlib.

Sürücüyə hücum edən sərnişin elə hadisə yerindəcə polis tərəfindən saxlanılıb.

Qəza sonrasında İstanbul yollarında geniş sıxlığın yaşandığı bildirilir.

https://www.youtube.com/watch?v=I1Ag1ohX_4Y