İnternetPsixoloji məlumatlarPsixoloji yanaşma

İnternetdən asılılıq: uydurma yoxsa gerçək risk?

1.01Kviews

Hesab olunur ki, risk qrupuna daha çox uşaqlar və yeniyetmələr daxildir

Həyatımızın əvəz olunmaz hissəsinə çevrilən İnternet resurların asılılıq yaratdığını dəfələrlə eşitsək də, əslində-İnternetdən asılılığın nə olduğunu, necə inkişaf etdiyini təsəvvür edə bilmirik. Çoxları kompüter texnologiyalarından, İnternetdən asılılığın uydurma olduğunu hesab edir. Tibb dünyası bu asılılığın qlobal problemə çevrilməsinnən öncə bu sahəni artıq araşdırmağa başlamışdır.

internet addiction1

Beləki, 2013-cü ildən etibarən onlayn oyunlardan asılılıq, tibbdə psixoloji pozğunluq kimi qəbul olunur. Psixoloqlar isə İnternetin digər resurlarının (chatting, shopping və s.) asılılıq yaradıb yaratmadığını müzakirə edirlər. Elm dünyasının apardığı tədqiqatlar göstərir ki, İnternetdən asılılıq uydurma yox, insanlığın məruz qaldığı növbəti qlobal problemdir.

Bəs İnternetdən asılılığa kimlər meyillidir?

internet addiction2

Hesab olunur ki, risk qrupuna daha çox uşaqlar və yeniyetmələr daxildir. Uşaqlar və yeniyetmələr hələ inkişaf dövründə olduqlarından, ətraf təsirlərə daha çox hissiyatlıdırlar. Nəzərə alsaq ki, uşaqlar, yeniyetmələr adətən valideyn nəzarəti olmadan, İnternetdən istifadə edirlər- bu zaman asılılıq riski artır.

Övladlarını, İnternetin mənfi təsirlərindən qorumaq üçün, kompüter texnologiyalarının inkişafında böyük rol oynayan Stiv Cobs belə, evdə İnternet istifadəsinə nəzərət etdiyini söyləmişdi.

semeystvo_dzhobsov

Cobs uşaqların həyatında qacetləri- kitabları, tarixi, mədəniyyəti müzakirə və söhbət etməklə əvəz etmişdi.

14169650_1177908098942695_1615155558_n

Twitter və Blogger-in yaradıcısı Evan Vilyams da övladlarına internet resurlarının istifadəsində məhdudiyyət qoyduğunu gizlətmir.

İnternet nəhənglərinin belə yola əl atmasının, çox güman ki, böyük səbəbi var.

Bəs siz övladlarınıza bu cür məhdudiyyət qoymağa hazırsız?