Əgər siz də geyim barəsində qərarsızsınızsa, onda dəb blogger-lərinin bu həftəki seçimlərinə nəzər salın. Geniş sviterlər, uzun ətəklər, dik daban ayaqqabılar və göz oxşayan aksesuarlar – bu həftənin tərzi də payız mövsümünü xüsusi vurğulayır.
Sizin üçün tərzli blogger-lərin bəyənəcəyiniz 7 tərzli geyimini təqdim edirik.
Tamu McPherson
Uzun donu sadə “T-shirt”lə uyğunlaşdırmaq yeni idea olmasa da, Tamu təcrübədən keçmiş fikirləri sınamağa davam edir və, etiraf edək ki, yaxşı nəticə əldə edir. Qırmızı, narıncı və s. kimi iddialı rənglərdən istifadə etməkdən çəkinməyin!
Margaret Zhang
Kürklər hələ də dəbdədir, xanımlar. Amma ehtiyyatlı olun, sizə orijinal kürk məsləhət görmürük. Margaret kimi sintetik kürklərə üstünlük verin. Gəlin, əl-ələ verib dünyanı heyvanları öldürərək pul və şöhrət qazanan markalardan xilas edək.
Natasha Oakley
Bəyaz – saflıq və incəlik rəngidir. Soyuq və yağışlı havada bəyazlar kirlənər deyə çəkinməyin. Natasha bəyaz sviter və şalvar üzərindən bəyaz palto geyinib, cəsarətlə addımlayır. Cəsarətli olun.
Camila Coelho
Uzun ətəklər xanımları incə və hündür göstərir. Camila-nın yaratdığı tərz də bunun sübutudur. Parlaq, dəri, şifon ətəklərinizi hazırlayın – həftə sonu incə və zərif görünməliyik.
Alyssa Surrett
Bəyaz rəngə üstünlük verən növbəti xanım. Amma geyimində Alyssa köynəyini vurğulayır. Əgər siz də yenilik axtarışındasınızsa, bu ideadan yararlanın – köynəyi bu tərz geyinin.
Arielle Noa Charnas
Geniş sviter, qısa ətək və palto – budur, gündəlik geyiminiz hazırdır. Lakin, rənglərə diqqət edin. Arielle kimi yumşaq və pastel tonlarından istifadə etsəniz, yanılmazsınız. Bu tərz geyimdə aksesuarlara da yer verə bilərsiniz.
Jacey Duprie
Güpür – bu il podiumlarda tez-tez göründü. Deməli, Jacey güpür don seçimində yanılmayıb. Qara güpür don, dəri gödəkçə, “stiletto”, yüngül klaç – axşam gedəcəyiniz yerə belə geyinə bilərsiniz.