Maraqlı

İnsanlar üzərində aparılmış 5 qorxunc təcrübə

1.16Kviews

Demək olar ki, bütün tarix boyu elm insanları öz elmi araşdırmaları ilə təcrübələr aparmışlar.

İdeyalarını əldə edəcəkləri göstəricilərlə möhkəmləndirmək istəyən bu elm adamları, təcrübələrini müdafiəsiz insanlar üzərində etməkdən belə çəkinməmişdirlər. Bu yazıda da bəşəriyyət tarixi boyu baş vermiş bu təcrübələrdən bəhs edəcəyik.

1. Stanford Həbsxana təcrübəsi

Stanford Həbsxana təcrübəsi
Stanford Həbsxana təcrübəsi

Stanford həbsxana təcrübəsinin məqsədi həbsxanada yatmağın məhkumlar və nəzarətçilər üzərindəki psixoloji təsirini araşdırmaq idi. Təcrübə 1971-ci ildə Stanford Universitetində professor Filip Zimbardo tərəfindən həyata keçirilib. Professor və qrupunun məqsədi həbsxanalardakı pis və şiddətə meylli mühitin məhkum və nəzarətçilərin şəxsiyyətlərindən qaynaqlandığına dair hipotezi test etmək idi. İştirakçılara 2 həftəlik həbsxana simuliyasiyası içərisində olacaqları deyildi. 75 könüllü iştirakçı arasından psixoloji olaraq stabil və sağlam görünən 24 kişi seçilib. İştirakçıların əksəriyyəti orta sinifdən idi. İştirakçılar 2 həftəlik təcrübəyə gündə 15$ qarşılığında qatılmağı qəbul etdilər. İki qrupa ayrıldılar, adamlar, məhkumlar və nəzarətçilər olaraq və nüfuz təsiri ilə nəzarətçilərin məhkumlara zorakılıq da göstərdiyi oldu.
Təcrübənin nəticələri elm dünyasında çox müzakirə edildi. Təcrübədən əldə edilən göstəricilər nüfuzunun gücü və zehni uyğunsuzluq nəzəriyyəsi kimi sahələrdə istifadə edilib. Təcrübə nəticəsində insanların düşdükləri şəraitə görə reaksiya verdiyini və xarakterlərini, davranışını dəyişdirdiyi tezisini gücləndirdi.

2. Canavar təcrübəsi

Canavar təcrübəsi
Canavar təcrübəsi

1939-cu ildə ABŞ-ın Iowa əyalətində 22 yetim uşaq üzərində nitqlə bağlı bir təcrübə aparılıb. Təcrübəni Iowa Universitetindən Doktor Wendell Conson edib. Wendell, öz tələbələrindən birini təcrübə aparmaqla tapşırdı və özü də təcrübəni yaxından təqib etdi. Təcrübə aparanlar, düzgün danışmaqla bağlı bir müddət təhsil verdikləri uşaqları iki ayrı qrupa böldülər və ilk qrupa müsbət geri kod verdilər. Çox düzgün danışdıqlarını və mükəmməl bir iş çıxardığını söylədilər. İkinci qrupa isə tamamilə neqativ və mənfi fikirlər bildirib, çox pis danışdıqlarını və hamısının bir pəltək olduğunu və həyatları boyu pəltək qalacaqlarını bildirdilər. Mənfi geri kod qrupdakı normal uşaqların çoxu həyatları boyu psixoloji narahatlıq və nitq pozğunluğu yaşadı. Bu təcrübəyə canavar təcrübə deməsinin səbəbi, həkimin yetim uşaqlar üzərində bunu reallaşdırmış olması idi.

3. CIA Zehin Nəzarəti

CIA Zehin Nəzarəti
CIA Zehin Nəzarəti

Bu layihənin adı MKULTRA layihəsidir. MKULTRA CİA tərəfindən qeyri-qanuni bir şəkildə insanlar üzərində aparılan təcrübəyə verilən addır. Eksperimentin məqsədi işgəncə və sorğuda insanları neytrallaşdırıb beyinlərinə nəzarət etməkdə istifadə etmək üçün dərman və prosedurlar inkişaf etdirmək idi. Bu təcrübə bir çox dəfə qeyri-qanuni şəkildə istifadə olundu. CİA-nın bu təcrübələrdə ən çox istifadə etdiyi narkotik maddəsi LSD idi. LSD ilə Rus agentlərin istədikləri şəkildə danışdırmağı test etmək istəyirdilər. Buna görə də bir çox adam üzərində LSD ilə təcrübə aparılıb. Bu adamların çoxu ruhi xəstəlikləri olanlar, küçə qadınları, evsizlər idi. Bu insanlar hər hansı bir iddia qaldıra bilməzdilər, onsuz da kimsə onlara inanmazdı.

4. Şimali Koreyada insan təcrübəsi

Şimali Koreyada insan təcrübəsi
Şimali Koreyada insan təcrübəsi

Alman və Yapon əsgərlərinin Şimali Koreyada insanlar üzərində təcrübə apardıqlarına dair bir çox sənəd var. İşgəncələrdən və təcrübədən qaçıb qurtulan qadın əsirlərdən birinin danışdığı hekayə çox dəhşətli idi. İddiasına görə seçilən 50 sağlam qadın əsir zorla zəhərli bitkiləri yemək vəziyyətində buraxıldılar. Bitki yeyən 50 qadın təxminən 20 dəqiqə sonra ağızlarından və sidik yollarından qan gələrək öldülər. Həmçinin zəhərli qaz və qan testi də aparılıb.

5. Tuskegee Sifilis araşdırmaları

Tuskegee Sifilis araşdırmaları
Tuskegee Sifilis araşdırmaları

1932 və 1972-ci illər arasında ABŞ-ın Alabama ştatının Tuskegee adı verilən bir qəsəbəsində ABŞ Səhiyyə Xidməti tərəfindən sifilisə şəfa tapmaq üçün bir klinika yaradılıb. Bu klinikada adam olaraq zəncilər istifadə edildi. Amma bu insanlar sifilis xəstəliyinə tibbi həll tapmaq üçün istifadə edildiklərinin fərqində deyildilər. Özlərinə ABŞ hökuməti tərəfindən pulsuz səhiyyə xidməti verildiyi deyilmişdi. 600-ə yaxın fermeri bu şəkildə aldadıblar və irəliləyən zamanlarda penisillin ilə dayandırılan bu təcrübəni davam etdirdilər ta ki, ölümlə başa çatana qədər.