Mütəxəssislər, ana və ataları körpələriylə birlikdə yatmağın yarada biləcəyi təhlükələri barədə xəbərdar edir.
Uşaqlarla eyni çarpayıda yatmağın, əsasən ilk aylarda müşahidə olunan ani körpə ölümü sindromu (SIDS) təhlükəsini artıra biləcəyi bildirlir.
Körpələr, valideynləri ilə birlikdə eyni çarpayını bölüşərkən, yataqdan düşmə, yorğan altında həddindən artıq istiyə məruz qalma, ana-ataları tərəfindən havasız buraxılma, yastıq altında qalaraq boğulma kimi təhlükələrlə qarşılaşa bilərlər.
İngiltərə Səhiyyə Nazirliyi, ilk altı ayda körpələrin, ana-ataları ya da baxıcılarının otağında, öz yataqlarında yatmasını təklif edir.
Yeni ana və atalara dəstək verən NCT adlı yardım təşkilatı da ani körpə ölümü sindromunun çox məşhur olmamasına baxmayaraq, ölümlərin daha çox ailələrin körpələriylə yatarkən meydana gəldiyini vurğulayır.
Bu təşkilatın mütəxəssislərinə görə, körpələriylə birlikdə yatan valideynlər, uşaqlarının yataqdan düşməyəcəyini ya da hər hansısa bir yerə sıxışıb qalmayacağından əmin olmalıdırlar. Qalın yorganlar yerinə nəzik ədyal istifadə edilməsi və körpələrin üzlərinin örtülmemesi təklif edilir.
Eyni zamanda körpələrin yastıqlardan uzaq tutulması, ana və atanın, körpələriylə kresloda yuxuya getməməsi tövsiyə edilir.
2014-cü ildə birlikdə yatdığı körpəsini itirən Dawn Barclay adlı bir qadın BBC-yə nələr yaşadığını izah edib:
“Qızım Fern, onunla bərabər yatağa uzanmasam yuxuya getmirdi. Bunu diqqətlə etməyə çalışırdım. Kürək üstü yatırdır əllərimi sinəsinə qoyurdum. Birlikdə yatarkən digər övladım və ərim yanımıza gəlmirdi. Fern səkkiz həftəlik idi. Səhər əmzirdikdən sonra birlikdə kresloda yatdıq. Oyandığımda körpəm nəfəs almırdı.”
“İlk olaraq ağlıma gələn şey, bunu menim etdiyim idi. Körpəmi öldürdüyümdən başqa bir şey düşünə bilmirdim. Fern’i alıb, qışqırıqlar içərisində ərimə tərəf qaçdım. Ərim süni tənəffüs etməyə başladı. Oyanacaq deyə düşündüm. Çünki üzünün rəngi qayıtmışdı. Amma Fern’i qurtara bilmədik. Tamamilə çökdüm. ”
Doqquz ay sonra, prokurorluq hesabatında doğum əsnasında körpənin beynində zədə yarandığını və bu səbəbdən havasız qalmış ola biləcəyi bildirildi.
Körpənin ölüm sertifikatına “birlikdə yatmaqla əlaqəli, tam açıqlanmayan ani ölüm” deyə yazıldı.