Hunza Türkləri Hun türklərindən gəlir.
Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir çox maraqlı xüsusiyyətləri var, onlar 70 yaşında ana olur, ortala 120 yaş yaşayır, xərçəng xəstəliyi bu insanlarda heç vaxt rast gəlinmir.
Bunun səbəbi dənizdən 6 min metr yüksəklikdə çox yüksək oksigeni olan bir bölgədə olmaları, buz kimi təmiz su içib öz təbii qidaları ilə qidalanmaları ilə əlaqədar ola bilər.
Hunzalar Çin və Əfqanıstanın sərhədində, Pakistanın Kəşmirindən şimalda Tanrı Dağları, Himalayaların qərb davamı olan Karakurum sıra dağları, Hindukuş dağlarının kəsişdiyi 160 km uzunluğunda, 1.6 km genişliyindəki Hunza Vadisində yaşıyan bir xalqdır. Əslində qonşu olduqları Çin deyil, günümüz Çin dövlətinin sərhədləri içərisində qalan Şərqi Türkistandır.
Hunzalar özlərinə Hunzakut deyirlər. Danışdıqları dil olan Buruşo üzündən onlara Bruşolar deyənlər də var. Əsrlərdir ki, yolu, izi olmayan, gedilməsi çox çətin bir yerdə təcrid olaraq yaşayan Hunzakutlar “Mir” dedikləri xanədan rəislərinin və ona məsləhətçilik edən on iki nəfərdən ibarət olan bir Qoca Heyəti idarəsindədirlər.
Türk ənənələrinə uyğun olaraq, 900 ildən çox bir müddətdə müstəqil yaşamışlar.
Elm adamlarının diqqətini çəkən bu uzunömürlülük müddəti onları Hunzalarla əlaqədar araşdırmalar etməyə yönəldib. Burada qadınlar, 65-70 yaşında doğum edirlər.
Tamamilə Müsəlman olan Hunza Türkləri ortalama 110 ilə 120 il arasında yaşayırlar. Burada 65 yaş yolun yarısı sayılır. 100 yaşında ölənlərə gənc yaşda öldü deyilir. Hunza türklərinin çox maraqlı bir yanı da burada heç bir xərçəng xəstəliyinin yaşanmamasıdır. Bu Türklər xərçəngə tutulmadıqları kimi tez rast gəlinən digər xəstəliklərədə da yoluxmurlar.
Hunza Türklərinin ədviyyatlı yeməkləri çox məşhurdur və yalnız öz əkinləri olan tərəvəz və meyvələri istehlak edirlər. Coğrafi zərurətlər və iqlim dəyişiklikləri kimi səbəblərlə Sibir və bugünkü Rus düzlüklərindən Orta Asiya çöllərinə gəldiyi düşünülən Türklər, meşə ovçuluğundan köçəri çobançılığa keçid müddəti yaşamışdırlar. Türk dilində meşə və meşə həyatıyla əlaqədar sözlərin, bozkır həyatındakı sözlərdən daha köhnə olması və Pazırık Kurganında maralı görünüşü verilmiş atların çıxardılmış olması bu prosesi təsdiqləməkdədir. Coğrafi şərtlər, iqlim dəyişiklikləri və ya bilinməyən səbəblərdən ötəri Türk qəbilələrinin böyük bir qismi məskunlaşma və meşə təsərrüfatı həyatından bozkır həyatına keçmişlərdir və bir şəkildə bozkır həyatına adaptasiya olmuşlar.