Amerikalı aktrisa Shailene Woodley, Şimali Dakota’da tikintisi planlaşdırılan neft boru xəttinə qarşı keçirilən etirazlarda polis tərəfindən tutulub.
“The fault in our stars” filmindən tanıdığımız 24 yaşlı Shailene Woodley’in polislər tərəfindən tutlma anını isə anası facebookdan canlı olaraq yayımlayıb.
Görüntülərdə aktrisanın “Etirazda yüzlərlə insan var ikən niyə məhs məni tutursunuz” sualına polisin “çünki siz tanınırsınız” cavabını verməsi diqqət çəkib.
Qeyd edək ki, ABŞ’ın Kanada sərhədlərinə yaxın olan ərazisində 1770 km uzunluğundakı 3.7 milyard dollar dəyərindəki neft boru xətti layihəsinə, Standing Rock Sioux Qəbiləsi etirazlar edir. Onların fikrincə sözü gedən lahiyə onların tarixi torpaqlarını çirkləndirərərək bölgədəki abidələrini məhv edə bilər.