816
Marilyn Monroe olmadan öncə o, Norma Jean Dougherty idi.
Sevgilisi André de Dienes ilə 1946cı ildə Malibu sahillərində istirahət edirdi. Monronun ilk fotolarını çəkən Andre, dünyanın ən tanınmış sarışınını belə xatırlayır:
“Onun iyirmi yaşı var idi, hələ şöhrətin nə olduğunu bilmirdi. Ondan xoşbəxtliyi, kədəri, təəccübü, şübhəni və ölümü ifadə etməsini istədim. Mən “ölümü ifadə et” söyləyəndə o, qara parça götürüb üzünü bağladı. Ölüm onun üçün qaranlıq və yoxluq idi. Mən ondan başqa reaksiya gözləyirdim.
Ölüm başlanğıc, tükənməz işıq ola bilərdi. O isə başını buladı: “Ölüm mənim üçün hər şeyin sonudur” dedi.”
add a comment