
Yəqin ki, Harry Potter -in kim olduğunu bilməyən yoxdur. Zamanında gənc sehirbazın sərgüzəştləri haqqında film gurultu yaratmışdı.
Çox güman ki, hər birimiz möcüzə və sehrbazlarla dolu bu filmin çəkilişlərində iştirak etmək, “sehrli” aktyorların sirrini açmaq istəmişik. Maraqlıdır, kadr arxasında, belə desək, ekranın o tərəfində qalanlar nələrdir?
Bu gün bu pərdəni bir az açacağıq! Yaaz.az sizi sevimli “Harry Potter” -in çəkiliş meydançasında virtual səyahətə dəvət edir:

1.Dumbledore -un sirri
Dumbledore roluna əvvəlcə filmin birinci hissəsində gördüyünüz Riçard Harris, təsdiqlənibmiş. 2002-ci ilin avqustunda aktyor qəflətən vəfat edib və onun yerinə Maykl Gambon gəlib.

2. 1 öpüş və 3000 aktrisa
Cho Chang (kainat personajı) rolu üçün Harry Potter ilə öpüş səhnəsi olan kastinqə təxminən üç min gənc aktrisa gəlib.

3. Dublyorlar. Kimdə daha çox idi?
Sehrbaz oğlanın saqa çəkilişlərində 3 dublyor Emma Watson üçün iştirak etdiyi halda, Radcliffe -in yalnız bir dublyoru var idi.

4. Yalnız ingilislər
“Fəlsəfə Daşı” mövzusunda, iş başlamazdan əvvəl Rowling (kitabın müəllifi) prodüserlərə xəbərdarlıq edib: “bütün aktyor heyəti əslən Böyük Britaniyalı olmalıdır, yoxsa film baş tutmayacaq”. Prodüserlər parlaq aktyor heyəti qura bilib. Belə ki, filmdə Helena Bonham Carter, Gary Oldman, Alan Rickman, Jason Isaacs və bir çox başqaları rol alıb. Digər millətlərin aktyorları ssenariyə görə, yalnız “Azkaban məhbusu”-nda rol ala bilib.

5. “Sehr məktəbi”-ni 88 rəssam yaradıb
Sehrli məktəbin ümumi planının çəkilişləri üçün 88 rəssamın üzərındə işlədiyi 1:24 nisbətində model istifadə edilib. Dekorasiya ideyasının yaradıcısı – dizayner Stuart Craig , bu işinə görə “Britaniya Kino Akademiyası” -nın mükafatı ilə təltif olunub.

6. Lord Voldemort-un burnu necə yox edilib
Lord Voldemort-u burunsuz etmək üçün, Ralph Fiennes-in üzünə bir-növ marker kimi xidmət edən fərqli rəngarəng nöqtələr yapışdırılıb ki, sonradan kompüterlə düzəliş edilə bilsin. Bundan əlavə, qəddar sehrbazın vahiməli görkəmi – qrimçilərin xidmətidir.

7. “Yaddaş” burulğanı
Oxşar texnologiya “yaddaş burulğanı”-nda da istifadə olunub: fincanın dibinə xüsusi, sonradan özəl effektlə video xatirələr təsvir olunacaq yaşıl ekran yerləşdirilib.

8. Tennis topu necə “elf” olub
Elf “Dobby” kimi personajları hissə-hissə çəkib, sonra kompüterdə modelləşdirirdilər. Çəkiliş zamanı elfin bədənini uzun ağaca bağlı tennis topu əvəz edirdi. Aktyorlar kamera qarşısında məhz bu konstruksiya ilə söhbət edirdilər.

9. Xatirələrdən avtomobil
Ron Weasley -nin atasının “Sirlər otağı”-ndan olan uçan avtomobili Joanne Rowling -in xatirələri ilə yaradılıbmış – gənclikdə o eynən bu cür göy rəngli “Ford” sürürmüş. “Zınqırovlu söyüd” səhnəsinin çəkilişi zamanı Rupert Grint və Daniel Radcliffe 14 eyni maşın məhv edib.

10. Robert Pattinson -nun debütü
“Alov kuboku” -ndan Cedric Diggory-ni “Alatoranlıq”-ın gələcək ulduzu Robert Pattinson oynamışdı. Bu onun ilk böyük rolu idi.

11. “Nəhəng” üçün iki ev
Hagrid -i oynayan aktyor Robbie Coltrane -nin, kadrda bədənnüma (bütöv boy) səhnələrində nəhəng görsənməsi üçün ona hündürlüyü 210 santimetr olan dublyor tapılıb. Üstəlik dekoratorlar hiyləyə baş vurublar: onlar, bir normal ölçülü (burada daxili plan çəkilişləri aparılıb) və ikinci, daha kiçik daxma düzəldiblər ki, yaxınlıqda dayanan Hagrid nəhəng görünsün.

12. Optik illüziya yenini köhnə edə bilər
Weasley ailesinin evi köhnə görünsün deyə, otaqların divarları müxtəlif guşələrdə (künclərdə) yerləşdirilib.

13. Bir hörümçək – 200 insan ayağı
Nəhəng hörümçək – “Aragog”-u təsvir edən mexanizmi hərəkətə gətirmək üçün 100 nəfər işə keçib.

14. “Çəpəki Döngə” -də tikinti uzun çəkib
“Çəpəki döngə” dekorasiyalarının hazırlanması çox vaxt aparıb. Məsələn, Weasley əkizlərinin təkcə mağaza dekorasiyasının yaradılmasına 3 ay vaxt sərf olunub.

15. Anbarda 40 min “sehirli əşya”
Harry Potter haqda səkkiz filmin rekvizitləri bu beş nəhəng anbarlarda saxlanılır. Bu siyahıya bir neçə min mebel əşyası, əl ilə hazırlanmış 12 min cild kitab, “Weasley” mağazasından 40 min “sehirli məhsullar” daxildi.

“Harry Potter” çəkilişi meydançasından seçilmiş kadrlar:









