Sizə çox normal gələn bir davranış, bir başqa ölkədə qadağan ola bilər.
Diqqətli olun ki, sonra peşman olmayın.
[miptheme_spacer height=”5″]
1. Alyaska
Yatan bir ayını oyatmaq qadağandır. Bizcə də yatan bir ayını oyandırmağa çalışmayın, yoxsa, elə o ayı tərəfindən cəzalandırıla bilərsiniz.
2. Fransa
Fransada dəmiryolu üzərində öpüşmək qadağandır. Əgər ölməsəniz, cəza ala bilərsiniz.
3. Çin
Zamanda səyahət qadağandır. Sanki bizdə sərbəstdir, hər gün gedib gəlirik.
4. Danimarka
Bu ölkədə körpələrə maraqlı və ya daha əvvəl eşidilməmiş bir ad qoymaq qadağandır. Hökumətin seçdiyi 7000 addan birini qoymaq istəmirsinizsə, seçdiyiniz adı kilsədə təsdiqlətmək məcburiyyətindəsiniz. Bir növ Azərbaycanda da buna bənzər qaydaların olduğunu da deyə bilərik.
5. Kuba
2005-ci ildə alınan bir qərarla elektrik lampalarının istifadəsi, satışı və ixracatı qadağan edilib.
6. Rusiya
Sağlıqsız olduqları səbəbiylə krujevalı alt paltar istehsalı qadağandır. Bu qərarı çıxaran adamın kişi olma ehtimalı neçə faizdir? Sıfır?
7. İsrail
Şabat əsnasında burnunuzu qarışdırarsanız, cinayət törətmiş sayılırsınız.
8. Svaziland (Afrikanın cənubunda yerləşən ölkə)
Qadınların ikinci sinif olaraq görüldüyü bu ölkədə, alt paltar geyinmələri də qadağandır.
9. Yunanıstan
Uşaqların internet kafelərdə hər hansı bir kompüter oyunu oynamaları qadağandır.
10. Tayland
Alt paltarsız küçəyə çıxmaq qadağandır.
11. Avstraliya
Boş bir maşında avtomobil açarını buraxmaq qadağandır.
12. Pennsylvania
Duşda mahnı oxumaq qadağandır.
13. California
Otel otağında portağal soymaq qadağandır. Səbəb?
14. Rumıniya
Scrabble qadağandır. Səbəbini bilən bizi də məlumatlandırsın.
15. İran
Kişilərin saçlarını at quyruğu kimi etməsi qadağandır.
16. Şimali Koreya
Göy cins geyinmək qadağandır.
17. Monaco
Dünyanın əhəmiyyətli qumar mərkəzlərindən olan Monaco’da turistlər sərbəst olarkən, öz vətəndaşlarının qumar oynaması qadağandır.
18. Filippin
Mahnını dinləyib intihar edən Filippinlilər olduğu üçün, Frank Sinatranın “My Way” mahnısı qadağandır.