Kimisi yazar, kimisi elm insanı, kimisi də dövlət adamı olan, adı sanı hər kəs tərəfindən bilinən o məşhur insanların ölmədən əvvəl ən son nə söylədiyini bilmək istəyirsiniz?
Tarixin fərqli sahələrinə imzalarını atmış insanların son imzası bəlkə də ölmədən əvvəl söylədikləri bir neçə sözlə olur. Baxaq məşhurların son cümlələri nələrmiş.
Goethe
Bir az daha işıq! ..
Immanuel Kant
Bu yaxşı oldu.
Xalid bin Vəlid
Ölümü, döyüşdəymişəm kimi ayaqda qarşılayacağam. Öldüyüm zaman atımı müharibədə təhlükələrə dala bilən bir igidə verin. Atım və qılıncımdan başqa bir şeyə sahib olmadan öləcəyəm. Məzarımı, bu qılıncımla qazın. Qəhrəmanlar qılınc səsindən zövq alırlar. Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur.
Julius Sezar
Sən də mi Brut?
Karl Marks
Son sözlər kifayət qədər doğru söz söyləməmiş axmaqlar üçündür.
Leonardo da Vinçi
Çalışmalarım olması lazım olan keyfiyyətə sahib olmadığı üçün Tanrını və insanlığı incitdim.
Memar Sinan
Biz xidmətimizi Allah üçün etdik və mükafatını da axirətdə gözləyirik.
Nikolay Gogol
Bir nərdivan, tez bir nərdivan gətirin.
Qanuni Sultan Süleyman
Mən ölüncə bir əlimi tabutumun xaricinə atın. İnsanlar görsünlər ki padşah olan Süleyman bu dünyadan əli boş getmişdir.
Şeyx Ədəbalı
Əsl ölüm, elmdən payını almayanlaradır. Faydalı ilə faydasızdır bilənlər bilik sahibləridir.
Victor Hugo
Qara bir işıq görürəm.
Albert Einstein
Mən vəzifəmi burada bitirirəm.
Salvador Dali
Saatım haradadı?