Kino

Həftə sonu nə izləməli: real hadisələr əsasında çəkilmiş 8 motivasiya edən film

1.62Kviews

Həftə sonu vaxtın bolluğundan istifadə edib çoxları adətən film izləyir. Film seçimində qərarlaşmayanlar üçün real hadisələr əsasında çəkilmiş həyatımız və hədəflərimiz uğrunda mübarizə aparmağa motivasiya edən filmlərin siyahısını təqdim edirik.

“İri gözlər”

fil1
“İri gözlər”

Tim Berton tərəfindən çəkilmiş film 50ci illərdə iri gözlü qadın və uşaq rəsmləri çəkən rəssam xanım Marqaret Kinin həyatından bəhs edir. Rəsmlərini ərinin adı altında satan Kin yalnız 1986cı ildə baş tutan məhkəmədə rəsmlərin müəllifi olduğunu sübut etmişdi.

“Zirək və kəpənək”

fil2
“Zirək və kəpənək”

Film məşhur ELLE jurnalının 44 yaşında insult keçirib tamamilə iflic olmuş redaktorunun avtobiqrafik kitabı əsasında çəkilib. Oyanıq koma vəziyyətində müəyyən hərflər göstərildiyi zaman yalnız bir gözünü açıb yumaraq o, öz həyatı haqqında və iflic olmuş bədənin tələsinə düşməyin nə olduğunu danışmağı bacarmışdı.

“Toxunulmazlar” və ya “1+1”

fil3
“Toxunulmazlar” və ya “1+1”

Film İflic olmuş Philippe Pozzo di Borgo-nun sadə oğlanı şəxsi baxıcısı kimi işə götürməsi ilə hər ikisinin də həyatının dəyişməsindən bəhs edir. Real hadisələr əsasında çəkilən filmin “komediya” janrında çəkilməsi məhz Philippe-nin arzusu olub. O, öz həyatı əsasında çəkilən filmin yalnız təəssüf və mərhəməti əks etdirməsini istəmirdi.

“Selma”

fil4
“Selma”

Ava Düverneyin bu filmi 1965ci ildə qaradərililərin haqları uğrunda keçirilən tarixi marşı əks etdirir. Marşın lideri Martin Lyuter Kinq Amerika prezidenti Lindon Consona qara dərili əhalinin səsvermə hüququna malik olmasının əhəmiyyətini çatdırmağa çalışır. Martin Lyuter Kinq “qara hərəkatın” ilk aktiv lider idi.

“Vəhşi şəraitdə”

fil5
“Vəhşi şəraitdə”

Kolleci bitirən Kris Makkendls bütün pullarını xeyriyyəçilərə bağışlayıb həyatının ən böyük sərgüzəştinə doğru irəliləyir. O, iki il boyunca ABŞ və Meksika ərazisində səyahət edir və Alyaskada köhnə avtobusda yaşamaq qərarına gəlir. Krisin real hekayəsi Con Krakauerin kitabında təsvir olunmuşdur.

“Çempion”

fil6
“Çempion”

Film Katib adlı at və onun sahibi Penni Tvidinin həyatından bəhs edir. Bu cütlük 1973cü ildə “Üçlü tac” seriyasında ardıcıl 3 nüfuzlu at yarışının qalibi olmuşdu .

“Ruhən sörfer”
fil7

Film 13 yaşında köpək balğının hücumuna məruz qalmış sörferçi Betoni Hemiltonun həyatı əsasında çəkilib. Betani sol qolunu itirsədə sağlam idmançılarla yanaşı sörfer yarışlarında iştirak edir.

“Evə aparan yol”

fil8
“Evə aparan yol”

Film siyasi məhkumlardan ibarət kiçik qrupun məhkum olduğu düşərgədən qaçışı və evə aparan səhralar, dağlarla əhatəli uzun yolu qətt etməsindən bəhs edir.