Kino

Həftə sonu nə izləməli: Halloween üçün 8 qorxulu animasiya filmi

1.29Kviews

Halloween yaxınlaşır, deməli bayram əhval-ruhiyyəsini yaratmağın əsl vaxtıdır.

Həftə sonları çalışırıq sizə maraqlı filmlərin siyahısını təqdim edək, bu dəfəki siyahımız isə Halloween-ə həsr olunub.

Həftə sonu həm böyüklərin həm də kiçiklərin birgə izləyə biləcəyi animasiya filmlərinin siyahısına nəzər salın:

 

Ölü gəlin \ Corpse bride

fil1

Viktorian dövründə utancaq gənc oğlanın ölülər diyarına təsadüfi səfəri və məcaraları. Baxın görün, ölü gəlinə təsadüfən edilən evlilik təklifi gənc oğlanın başına nələr gətirir.

ABŞ, Boyük Britaniya, 2005

Nümayiş müddəti: 77 dəq.

 

Bədheybət ev \ Monster house

fil2

Bir gün üç yaxın dost aşkar edirlər ki, qonşuluqdakı ev adi ev yox, qorxunc bir bədheybətdir. Bu heç də uşaqların uydurması deyil, tük ürpərdici həqiqətdir. Və dostlar yaşadıqları məhəlləni bedheybətdən qurtarmaq üçün bir şey fikirləşməlidirlər.

ABŞ, 2006

Nümayiş müddəti: 91 dəq.

 

İntihar dükanı \ Le magasin des suicides

fil5

Balaca bir körpə ailə biznesinə xələl gətirir. Əslində, bu çox ciddi problemdir, lakin əgər ailə biznesi insanlara intihar etmələri üçün xüsusi mallar satmaqdan ibarətdirsə necə?

Fransa, Kanada, 2012

Nümayiş müddəti: 85 dəq.

 

Karolina kabuslar diyarında \ Caroline

fil4

Karolina çox ağıllı kiçik bir qızdır. Lakin Karolinanın həyatı çox darıxıdırıcıdır, elə bu səbədən də o, daha gözəl dünyaya gizli qapı aşkarlayır. İlk əvvəl yeni dünya karolinaya gözəl gəlsə də…

ABŞ, 2008

Nümayiş müddəti: 100 dəq.

 

Hasarın digər tərəfində \ Over garden wall

İki qardaş sirrli və qorxulu meşəyə düşürlər. İndi onların yeganə məqsədi sağ-salamat evə qayıtmaqdır. Lakin bu meşədə qardaşlar helə çox şeylə üzləşəcəklər.

ABŞ, 2014

Nümayiş müddəti: 110 dəq.

 

Milad bayramında kabus \ The nightmare before christmas

fil6

Kabus şəhərinin hökmdarı Cek Sellinqton insanların Halloween-i Milad qədər sevmədiklərini düşünür. Buna görə də o, Halloween bayramını Miladda keçirmək qərarına gəlir. Cek insanların yaşadığı dünyaya yollanır.

ABŞ, 1993

Nümayiş müddəti: 76 dəq.

 

İqor \ Igor

fil7

Kinli alimin istedadlı şagirdi elmin “Ən kinli” yarmarkasında qalib gəlmək istəyir. Lakin elmin daha kinli heyəti ona mane olmaq üçün əlindən gələni edir.

ABŞ, Fransa, 2008

Nümayiş müddəti: 87 dəq.

 

Frankenvini \ Frankenweenie

fil8

Kiçik Viktor ən yaxın dostu olan ev heyvanını itirdiyi üçün çox kədərlənir. Və bir gün o, təsadüfən balaca dostunu dirildə bilir. Hər şey çox yaxşı idi, ta ki balaca it evdən qaçana qədər.

ABŞ, 2012

Nümayiş müddəti: 87 dəq.