DünyaGündəm

Gürcüstan, Avropaya vizasız gedəcək | Təsdiqləndi!

818views

Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb.

Keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.

Beləliklə, Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaq.

Xatırladaq ki, Avropa İttifaqının Gürcüstan vətəndaşları üçün viza məhdudiyyəti məsələsi üzrə AP-nin məruzəçisi Mariya Qabriel Aİ Şurasını bu siyasi qərarı dərhal təsdiqləməyə çağırmışdı.