Futbol

Guardiola yeni hücumçusunu həsrətlə gözləyir

694views

Manchester City’in baş məşqçisi Pep Guardiola, yanvar ayında komandaya qatılacaq olan Gabriel Jesus’u həyəcanla gözlədiklərini söyləyib.

Braziliya Milli Komandasının son oynadığı Argentina və Peru matçlarında möhtəşəm oyun sərgiləyən gənc futbolçu Gabriel Jesus,  yanvar ayında yeni kubu Manchester City’ə transfer olacaq.

Yay mövsümündə, 19 yaşındakı futbolçunun klubu Palmeiras ilə 32 milyon avro qarşılığında müqavilə imzalayan və gənc hücumçunu yanvar ayında öz heyətinə qatacaq olan Pep Guardiola:

” Gabriel Jesusun yanvar ayında komandamıza qatılacağı üçün həyəcanlıyıq. 19 yaşında İngiltərəyə gəlmək asan deyil təbii ki ancaq Fernando və Fernandinho ona alışmaqda köməklik edəcəklər” deyə ifadəsində bildirib.

Palmeiras formasıyla Braziliya Serie A-da bu mövsüm 25 matça çıxan Jesus, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.