Hər futuristin xəyallarında və paylaşdıqları arasında xəyal ediləndən fərqli dizayn, 3D binalar, öz-özünə gedən vasitələr və toplu daşımada fərqli həll vasitələri iştirak edir. Bunların xəyal olmaqdan çıxıb gerçəyə çevrilməyə ən yaxın olduğu şəhər isə tamamlanan və üzərində çalışılan layihələri ilə Dubay şəhəridir.
Gələcəyin şəhəri Dubayda nələr edildiyinə bir baxaq:
Gələcək Muzeyi
Muzeylər həyatımızda yalnız keçmişi xatırlatmaq, əsərləri paylaşmaq üçün iştirak edir. Dubayın 2018 dekabr ayında açmağı planlaşdırdığı muzey isə tam tərsi, keçmişdən bir parça təqdim etmək yerinə gələcəyi paylaşmağı hədəfləyir. “See the future, create the future” sloqanı ilə açılacaq olan muzey yalnız bir sərgi sahəsi olaraq da qalmayacaq, bir mədəniyyət mərkəzi olaraq da gələcəyin texnologiyalarını dəstəkləyəcək.
Dünya neftə vida edərkən, köhnə gücünü itirməyi istəməyən BƏƏ’nin atdığı bu addım ilə gələcəkdə də güc sahibi olmağı hədəflədiyini söyləyə bilərik.
Robot Olimpiadaları
Dubai, 2017-ci ildə başlayacaq olan və hər iki ildən bir təkrarlanacaq olan robot olimpiadalarına ev sahibliyi edəcək. Bu olimpiadalar 9 fərqli tədbirdən meydana gələcək.
Sürücüsüz avtomobil yarışı
Tayfası olan drone yarışı
İnsansız drone yarışı
Robot qaçış yarışı
Robot futbol turniri
Robot üzmə yarışı
Robot stolüstü tennis
Robot güləş turniri
Cybathlon
“The Tower”
Dubayın 2020-ci ildə tamamlamağı hədəflədiyi və The Tower adını verdiyi bu göydələn Burj Khalifa’dan daha uzun və çox daha funksional olaraq hazırlanır. 1 milyard dollarlıq büdcəsi var və olduqca funksional quruluşu ilə yeni nəsil göydələn nümunəsi olmağı hədəflənir. İçərisində butik otellər, şaquli bağçalar, restoranlar və 360 dərəcə müşahidə sahəsi ilə dünyanın yeni “ən yüksək binası” olacaq deyə bilərik. Tamamlandığında antenası ilə birlikdə 928 m olacağı deyilir və Burj Khalifa’dan 100 m daha yüksək olacaq.
Hyperloop infrastrukturu
Dubayın gələcək investisiyalarından biri də Dubaydan Fujairah’a təxminən 105 km uzunluğunda bir Hyperloop infrastrukturunu başlamaqdır. Ötən sentyabr ayında dizaynı ilə əlaqədar işləri başlayan bu infrastruktur sayəsində iki bölgə arası 10 dəqiqədə gedilə biləcək. Ayrıca Dubai mərkəzli bir liman işlətməsi olan DP World Jebel Ali limanından konteyner anbarına olan məsafəni də yenə hyperloop sistemi ilə aşmağı ümid edirlər.
3D yazıçılarla çıxarılan binalar
2016-ci ilin əvvəllərində Dubai dünyanın ilk 3d yazıçılarla çıxarılmış Futuristik dizayna sahib ofisini tanıdıb. İstehsalı yalnız 17 gün davam edən bu binanın tikintisində bir neçə elektrik və sənətçi çalışmışdı.
Drone Prix
Dubai, dünyanın ilk drone yarışlarına ötən mart ayında ev sahibliyi edib. Növünün ilk nümunəsi olan bu yarışda 150-dən adam öz dronları ilə yarışdı və pilotlar qabiliyyətlərini sərgilədi. Birinci olan İngilis gənc yarışçı 250.000 dollar mükafatın da sahibi oldu.
Ziggurat Piramidası
Dubayın ən çox bacarmaq istədiyi proyektlərindən biri olan Ziggurat Piramidası olacaq, əgər bir şirkət bunu boynuna götürməyi qəbul edərsə. Piramida təxminən 1 milyon adam qəbul tutumuna sahib olacaq. Tamamilə təbii və bərpa olunan enerji mənbələri istifadə ediləcək. Yeraltından çıxan hər hansı bir yanacağı istifadə etməmək birinci prioritetləri olacaq. Bu şəhərin içində 360 dərəcə daşıma sistemi də mümkün olacaq.
2030-ci ildə sürücüsüz vasitə hədəfi
Dubay Əmirin və BƏƏ’nin başçısı olan Şeyx Məhəmməd bin Rəşid al Maktoum, Dubayın daşıma quruluşunda olan vasitələrin 25%-i 2030-ci ilə qədər sürücüsüz və süni zəka infrastrukturuna sahib vasitələr ilə dəyişdiriləcəyini bildirib.
Bu layihə əgər müvəffəqiyyətli olsa, pilot bölgə olan Gulf dünyanın ən ağıllı və etibarlı nəqliyyat sisteminə sahib olacaq.
İnsan istehsalı dağ
Ziggurat Piramidası diqqətinizi çəkdiysə birdə bu layihəni araşdırın. Dubay iqlimini dəyişdirmək, ən azından bir az daha müdaxilə edilə bilər hala gətirmək üçün insan istehsalı bir dağ yaratmağa hazırlaşırlar. Davamlı isti olan və getdikcə daha da istilənən iqlimi istiqamətləndirmənin tək yolu olaraq görülən bu dağ üçün edilən mühəndislik işləri, analizlər və araşdırmalar həqiqətən həyəcan vericidir. Təbii ki, bu layihə üçün ən əhəmiyyətli şey coğrafi maneələrlə qarşılaşmamaqdır.