Dəb & TərzSağlamlıq

Eynək yoxsa kontakt linzalar? | Mənfi və müsbət xüsusiyyətləri

2.41Kviews

Göz Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Emrah Altıparmak, Türkiyənin NTV kanalı ilə həmsöhbət olub. Və eynək ilə kontakt linzaların xüsusiyyətləri barədə yeni fikirlər söyləyib.

Eynəklərin tarixi 900 illik keçmişə sahibdir. Kontakt linzaların yaranması isə, təxminən 1890-cı illərə təsadüf edir. Ancaq kontakt linzaların icad edilməsi və lazer cərrahiyyənin yayılmasına baxmayaraq hələ də eynəklərin olduqca çox istifadəsi bəzi suallar ortaya çıxardır.

Axı Eynəyin üstünlüyü nədədir?yaaz.az photo eynek ve linza shekilleri

  1. İstifadəsi və tez vərdiş olunması
  2. Göz sağlamlığı və təhlükəsizliyi baxımından istifadəsinin riskli olmaması
  3. Uşaqlarda etibarla istifadəsi və bəzi göz sürüşmələrində müalicə imkanı təqdim etməsi
  4. İstehsalının ucuz, qulluq edilməsinin asan olması
  5. Kosmetik baxımnan da istifadə olunması
  6. Dərhal, hər görmə qüsuru olan insan üçün tez istehsal edilə bilməsi
  7. İdman sahələrində də istifadə olunması (misal üçün – üzgüçülük)
  8. Sahib olduğu şüşə linza sayəsində görünüş keyfiyyətini yaxşılaşdıraraq gündəlik həyatı asanlaşdırması.

Kontakt linzaların görmə əhatəsi daha geniş və estetikdir

Kontakt linzaların vərdişi bir az vaxt  və motivasiya tələb etməkdədir. Müsbət və mənfi tərəflərini isə belə qiymətləndirilir:

  1. Estetik olaraq görünüşlərinə ziyan vermək istəməyən insanlar üçün daha uyğun olması
  2. Görmə əhatəsinin daha geniş olması
  3. Buxarlanmadıqları üçün, yağışlı-qarlı havalarda istifadəsinin rahat olması
  4. Günş eynəklərdən də rahat istifadəyaaz.az photo eynek ve linza shekilleri
  5. Son illərdə inkişaf etdirilən astigmatın bərpası (Tori) və orta yaşda görülən yaxın problemini (presbiyopi) düzəldən linzaların (multifokal) ortaya çıxması ilə daha çox xəstəyə xitab edilməsi
  6. Yumşaq linzaların istehsal olunması ilə daha ucuza əldə edilməsi
  7. Kornea kəskinləşməsi olaraq bilinən ‘keratokonus’ kimi bəzi xəstəliklərdə sərt linza və ya hibrid (yarısı yumşaq) linza istifadəsinin eynəyə görə çox daha yaxşı görməni təmin etməsi.
  8. Rəngli linzalar vasitəsi ilə kosmetik gözəlliyin də əldə edilə bilməsi

Kontakt linzaların mənfi xüsusiyyətləri

  1. Vərdiş olunmasının çətinliyi, taxma və çıxartmadakı rahatlığın bir xeyli vaxt almasıyaaz.az photo eynek ve linza shekilleri
  2.  Baxım və istifadəsi zamanı diqqət tələb etməsi; çox sadə olan bu qaydalara uyulmadığı təqdirdə göz və xüsusilə də korneanın mikrob qapması ehtimalının olması, mikrob qapma nəticəsində ciddi problemlər və görmə itkiləri riskinin olması
  3. Allergiya xüsusiyyəti olan insanlarda göz allergiyasını aktivləşdirməsi
  4. Gözü qurutması
  5. Aylıq və ya 2 həftəlik linza istifadə edən insanların, yanlarında davamlı linza mayesi və qabı daşımaq məcburiyyətində olması.