DünyaHava Proqnozu

Moskvada son 120 ilin ən soyuq gecəsi yaşanıb

746views

Rusiyada hava proqnoz mərkəzi Fobos, Yanvarın 6-dan 7-nə keçən gecə paytaxt Moskvada son 120 ildə qeydə alınan ən soyuq gecənin baş verdiyini açıqlayıb.

Hava istiliyi Moskvada 30.9-a, Moskva bölgəsindəki Klin və Dmitrov şəhərlərində isə 33.4-ə qədər düşüb. Fobosun məlumatlarına görə, bu gündən etibarən hava yavaş-yavaş isinməyə başlayacaq.

Xatırladaq ki, Moskvanın ən soyuq gecəsi 130 il əvvəl, 1881-ci ildə qeyd edilmişdi. Hava istiliyi -35 dərəcəyə qədər düşmüşdü.