Əslində hamımız bir az duyğusal və həmçinin də şübhəçiyik, doğrudurmu?
Yalnız bəzilərimiz bu vəziyyəti bir az çox şişirdərək ürək-beyin ikiliyində sürüklənib dayanırıq. Bu tip insanların sıxlıqla yaşadığı 20 çaşqın vəziyyəti təqdim edirik, bəlkə də sizlərdə özünüzü burada tapa bildiniz.
[vc_row][vc_column width=”1/1″][/vc_column][/vc_row]
1. Hər nə qədər insanların yaxşı davranışlarına diqqət etməyə çalışsanız da tez-tez onların səmimiyyətindən və söylədikləriylə nə eyham etdiyinə şübhə duyarsınız.
2. Aldığınız iltifatlara inanmaq istəyərsiniz ancaq yenə də beyniniz bu sözlərdə bir sui istifadə axtarışında olduğunu düşünər.
3. Birlikdə olduğunuz insan həftə sonu üçün şəhər xaricinə çıxacağını söylədiyində bunu adi qarşılamış kimi edərsiniz amma sizə yalan söyləyib söyləmədiyini anlamaq üçün etmədiyiniz şey qalmaz.
4. Ən yaxın yoldaşınızın yeni yoldaşına olduqca nəzakətli davranarsınız ancaq içdən içə onun sizdən istifadə etdiyini düşünərsiniz.
5. Dəyər verdiyiniz insanlarla əlaqəli hər hansı bir mövzunu asanlıqla geniş əhatəli bir müzakirə mövzusuna çevirə bilərsiniz.
6. Beyninizi mi, yoxsa ürəyinizi mi dinləməniz lazım olduğundan əsla əmin ola bilməzsiniz. Onlar iki fərqli qütbdür və ikisi də sizi öz tərəfinə çəkməyə çalışır.
7. Qəlbinizi dinləməyə qərar verdiyiniz zamanlarda, beyniniz sizi şübhə və qaranlıq düşüncələrlə doldurar.
8. Və əgər beyninizi dinlərsənizsə, ürəyiniz heç bir zaman nədənsə razı qalmaz.
9. İnsanlara tövsiyə verərkən müdrik bir şəxsiyyətə bürünürsünüz ancaq bu tövsiyələrin heç birini öz həyatınızda tətbiq edə bilmirsiniz.
10. Az qala hər şeylə aranızda sevgi-nifrət əlaqəsi vardır.
11. Ən yaxın yoldaşlarınız da daxil hər kəsin sirlərinizi başqalarına anlada biləcəyini düşünür, bundan qorxarsınız.
12. Qarşınızdakı insanlarla empati qura bilər, duyğularını paylaşa bilərsiniz ancaq doğrunu dedi yoxsa yalan danışdığını daim şübhə edərsiniz.
13. Qurduğunuz yeni yoldaşlıqlarda qarşınızdakına özünüzü açmaq hər şeyi bir-bir danışmaq istərsiniz ancaq onlara güvənib güvənəməyəcəyinizdən əsla əmin ola bilməzsiniz.
14. Çox insan sizin düzənsiz biri olduğunuzu düşünür, çünki bəzi günlər ürəyiniz, bəzi günlər isə beyninizin istəkləri ilə davranırsınız.
15. Bir yoldaşınız yazdığınız mesaja cavab vermədiyində beyninizdə bütün fəlakət ssenarilərini yazmağa başlarsınız ancaq cavabı aldığınız anda bunların hamısı uçub gedər və məntiqsiz davrandığınızı fərq edərsiniz.
16. İnsanları bağışlamağı bilsəniz də sizə etdiklərini əsla unuda və eyni şeyləri təkrar təkrar etmələrini gözləyərsiniz.
17. Çox mövzuda özünüzə haqsızlıq edər, özünüzü lazımsız günahlandırarsınız.
18. Həm hissləri qüvvətli həm də ağıllı bir insan olduğunuz üçün çox vaxt ya çox hiss edər, ya da çox düşünərsiniz.
19. Biri sizə pis bir şey etdiyi zaman keçmişə gedər və sizə əlaqəniz boyunca etdiyi bütün pis şeyləri xatırlayarsınız. Zamanında görməməzlikdən gəlmişsinizdir ancaq beyniniz bütün olanları unutmamışdır.
20. İnsanlar sizə ümumiyyətlə dedektiflik, vəkillik və s. peşə sahələrinə yönəlmənizi tövsiyə edər ancaq bunları edə bilməyəcək qədər romantik bir insan olduğunuzu yalnız siz bilirsiniz.