Orada kimsə var mı? Astronomlar və xəyalpərəstlər bu sualı insanlıq tarixinin başlanğıcından bəri soruşur və hələ cavabın sirri davam etməkdədir.
NASA, Mart 2009-cu ildə, dünyaya bənzər, həyatın mümkün ola biləcəyi planetləri təsbit etmək məqsədiylə bir kosmos teleskopu olan Kepler‘i vəzifələndirib. Bu günə qədər Kepler; 4706 planet kəşf edib. (Bunların 2326’sı, vəzifənin ilk 16 ayında reallaşıb.)
Bu vizual görüntüsünü gördüyünüz Kepler-22b-dir. Bir ulduzun orbitində yaşaya bilmək şərtlərində olan ilk planetdir. Kepler-22b, maye haldakı suya sahibdir və buna görə Dünyanın bacısı sayılır. NASA-nın bildirdiyinə görə “Dünyanın 2,4 qatı böyüklükdədir və günəşə bənzər bir ulduzun orbitində yerləşir.”
Niyə Kepler-22b kimi planetləri axtarırıq?
Mütəxəssislərə görə, insanların gələcəyi bu planetlərə bağlı ola bilər. Dünyaya irəliləyən zamanlarda bir meteorun dəyə biləcəyi gerçəyi, günəş partlamasının ehtimalı və təbii qaynaqların sürətlə bitməsi, insanlığı, Dünya xaricində etibarlı bir sığınacaq tapmaq axtarışına sürükləyir. Ancaq, NASA-nın kəşf etdiyi hər planet, yaşana bilən bir mühitə sahib deyil.
Bu vizual şəkildə gördüyünüz planet, Kepler-16b adlanır. Kepler-16b iki günəşə sahib olmasına baxmayaraq olduqca soyuq və qazlı səthə sahib bir planetdir.
Keplərin bütün qalaktikaları araştırdığını düşünə bilərsiniz ancaq belə deyil. Kepler, Cygnus və Lyra ulduzlarının olduğu geniş bir bölgəni araşdırır. Vizualda, bu araşdırma bölgəsini görürük. Dünya, il ərzində səmanın davamlı müşahidəsinə uyğun olmadığına görə, Kepler, ekliptik bir müstəvidə bu müşahidələri edir. Bu kosmos vasitəsi eyni anda 100 min ulduzu müşahidə edə bilir. Cygnus və Lyra bölgəsinin seçilməsinin səbəbi, günəşə bənzər bir çox ulduzun orada olmasındadır. Beləliklə dünyaya bənzər planet tapma ehtimalı da artır.
Kepler, planetlərin kəşfi üçün vəzifələndirilən tək kosmos vasitəsi deyil. Şəkildəki HD 209458b qaz planeti, Habl və Spitzer teleskoplarından alınan məlumatlarla çəkilib. İki vasitə də planetin səthində metan, su buxarı və karbon molekullarının olmasını kəşf edib. Dünyadan 150 işıq ili uzaqlıqda olan bu planet yaşana bilinən deyil. Ancaq mütəxəssislər, atmosferində həyati molekulların olmasının, HD 209458B‘yə bənzər planetlərin həyat ehtimalı daşıya biləcəyinin göstəricisi olduğunu deyirlər.
Günəş; 5 və ya daha çox milyard il sonra söndüyündə, günəş sistemimizin nəyə bənzəyəcəyini heç düşünmünsünüzmü? Vizual gördüyümüz, neytron ulduzlu bir planet sisteminin qalıqlarıdır. Neytron ulduz; atomlarına qədər sıxışmış olan ölü ulduzlardır; dəniz fənərinin yeri ifadə etdiyi kimi, flaşlar, davamlı bir işıq yaymazlar. 1992-ci ildə astronom Aleksandr Wolszcan, PSR B1257 + 12 neytron ulduzunu kəşf edib. Ən az iki dənə Dünya ölçülərində planetin bu ulduz ətrafında döndüyünü görürük. Norton ulduzun yaydığı radiasiya, planetlərin sanki üzərinə yağmaqdadır; bu da atmosferlərinde bənzərsiz işıq görünüşlərinə səbəb olmaqdadır.
2011-in əvvəlində NASA, Kepler-10b‘nin kəşfini açıqladı. Bu planet, indiyə qədər kəşf edilənlər içində ən kiçik olmasıyla birlikdə; ən qayalıq səthə sahib olanı idi. Kepler-10b yaşaya bilmək üçün çox isti bir yerdir. Yenə də bu kəşf, Keplerin həyati imkan təmin edə biləcək planetləri kəşf etmə tutumunu göstərməsi baxımından əhəmiyyətli bir hadisə idi. Vizual gördüyümüz Kepler-10b‘nin uçurumlarının, 1371 C temperaturunda olduğu düşünülür. Bu, Kepler-10b‘nin səthinin, planetimizdə olan hər hansı bir lavadan daha isti olduğu mənasını verir.
Bu, NASA-nın çəkdiyi, Kepler-10b‘nin xarici görünüşüdür. Vizual olaraq planetin qaynadığını görürük, çünki o özü bir ulduza; Merkurinin Günəşə olan yaxınlığından 20 qat daha yaxın dayanır. Bu zaman, ‘NASA, Kepler-10b kimi planetləri necə kəşf?’ sualı yaranır. Kepler kosmos teleskopu, 30 dəqiqədə bir təxminən 100 min ulduzun parlaqlığını hesablayır. Plaetlərə rast gəldiyində isə, bu parlaqlıqlar kiçik göz qırpmaları kimi görünür.
Kepler-10b, qaynayan görünüşünə baxmayaraq, kəşf etdiyimiz ən isti planet deyil. HD 149026b; “İsti Yupiter” görünüşündədir, istiliyi təxminən 2037 C-dir. Bu günəş sistemimizin ən isti planeti olan Veneranın üç qatı böyüklüyündə deməkdir. NASA-nın şərhinə görə; planet, ulduzunun bütün istiliyini əmir və az qala heç işığın olmadığı bir mühitə çox az qismini əks etdirir. Bu səbəblə, bildiyimiz kainatın “ən qaranlıq planet” ünvanını alır. Spitzer kosmos teleskopu tərəfindən müşahidə edilən bu planetin, qaranlıq tərəfinin daha soyuq olduğu düşünülür, çünki bu planet, günəşinə kilidlənmiş vəziyyətdədir; eynilə Ayın Dünyaya kilidlənmiş olduğu kimi. Buna görə, planetin yalnız bir tərəfi davamlı istilik altındadır.
Bir planetin yaşana bilən olması üçün, eyni ilə Dünyayamı bənzəməsi lazımdır?
NASA bu mövzuda əmin deyil. Bu şəkildə görmüş olduğumuz planet, günəşdən daha soyuq bir ulduza sahibdir; qırmızı cücə və qəhvəyi cücə deyə adlandırılır. Daha soyuq ulduzların, planetlərin; Dünyadakı həyatın meydana gəlməsini təmin edən kimyəvi maddələrin varlığını dəstəkləyib dəstəkləməyəcəyi hələ də naməlumdur. Bir planetin yaşana bilinən olması üçün, donma nöqtəsinin üzərində qaynama nöqtəsinin altındakı istilikdə su daşıması lazımdır. Ayrıca yetəri qədər oksigenə sahib olması lazımdır – amma çox yox. Bu həssas tarazlıq, planetin ulduza yaxınlığına bağlıdır.
Bu vizual, iki ulduzlu bir sistemə sahib olan HD 113766‘ya aiddir. NASA-nın iddiasına görə bura, 424 işıq ili uzaqlıqdadır. Dünyaya bənzər, qayalıq bir planet şəklindədir. Şəkildə görünən qəhvəyi, qayalıqlı xalqa; bir planetin daha qlobal şəklə qovuşmadan əvvəlki halına bənzəyir. Bu ulduzun, 10-16 milyard arasında bir yaşda olduğu təxmin edilir. Bu yaş, planetlərin şəkillərinə qovuşmasını təmin etmək üçün doğru bir zamanlamadır.
Ancaq bu planet, yaşamaq mümkün ola bilinən bir planetdirmi? Dünyaya bənzər planet axtarışı sürərkən, mütəxəssislər bu mövzuda optimistdirlər. Natalie Batalha; Kepleri vəzifələndirən elm qrupunun sıra lideri, etdiyi şərhdə: “Dünya ölçülərində olan, yaşana bilər planetləri, evimiz edəcəyik.” açıqlamasını verib.