MaraqlıSəyahət

Dünyanın ən gözəl metro stansiyaları

Kaohsiungtaki Formosa Prospekti stansiyası, Tayvan.
1.55Kviews

Dünyanın müxtəlif ölkələrində metro stansiyaları elə bəzədilir ki, struktur olmaqdan savayı həmçinin bir sənət əsərlərinə çevrilir.

İçərisində Azərbaycanda da vacib yerə sahib olan, Bakı Metropolitenin ən gözəl stansiyasının da yer aldığı, görənləri heyran qoyacaq bir-birindən gözəl metro stansiyalarına baxa bilərsiniz.

Moskva metropoliteninin Komsomolskaya stansiyası, Rusiya.

Moskva metropoliteninin Komsomolskaya stansiyası, Rusiya.
Moskva metropoliteninin Komsomolskaya stansiyası, Rusiya.

Metro deyiləndə ağla ilk gələn yerlərdən biri Moskva metrosudur. Dünya müharibələri zamanı sığınacaq kimi də istifadə edilmiş olan Moskva stansiyalarında çoxlu sayda heykəl və tarixi fiqur görmək mümkündür. Demək olar ki, bütün metro stansiyaları çox gözəl və təsirli olduğu üçün paytaxta gələn turistlərə metro turları belə təşkil edilir.

Sankt-Peterburq metrosunun Avtovo stansiyası, Rusiya.

Sankt-Peterburq metrosunun Avtovo stansiyası, Rusiya.
Sankt-Peterburq metrosunun Avtovo stansiyası, Rusiya.

Qədim və bənzərsiz metro stansiyaları təchiz olunmuş Rusiyanın Sankt Peterburq Metro xəttinin bir hissəsi olan Avtovo, 15 noyabr 1955-ci il tarixindən bu yana ziyarətçilərini ovsunlayır. Yevgeniy Levinson tərəfindən hazırlanan bu stansiya şüşədən ibarət kolonlarla təchiz olunacaqdı. Ancaq daha sonra şüşə əvəzinə ağ mərmər istifadə edilməsi seçimi edilib. Həmçinin 1941-ci ildə reallaşan Leninqradın mühasirəyə alınmasından da izlər daşıyan bu bənzərsiz stansiyanın divarları, blokada zamanı istifadə edilən qılınc və qalxanlarla təchiz olunmuşdur.

Stokholmdakı T-Centralen metro stansiyası, İsveç.

Stokholmdakı T-Centralen metro stansiyası, İsveç.
Stokholmdakı T-Centralen metro stansiyası, İsveç.

3 metro xəttinin birləşdiyi bu stansiya İsveçin ən izdihamlı stansiyasıdır. Stansiya başdan-ayağa kobud şəkildə yonulmuş divarlarla tarix öncəsi əsrlərə aid mağaralara bənzədilmişdir. 1950-dən bəri müxtəlif bədii əsərlərlə təchiz edilən stansiyanın mavi ağ bəzəklərə 70-ci illərdə keçirilib. Bu stansiyayla başlayan metro axını bu an 90-nı aşan metro stansiyası ilə davam edir.

Münhendəki Westfriedhof stansiyası, Almaniya.

Münhendəki Westfriedhof stansiyası, Almaniya.
Münhendəki Westfriedhof stansiyası, Almaniya.

Bu metro stansiyasının ən böyük xüsusiyyəti, tavanında nəhəng həcmdəki lampalarıdır.

Parisdəki Arts et Metiers metro stansiyası, Fransa.

Parisdəki Arts et Metiers metro stansiyası, Fransa.
Parisdəki Arts et Metiers metro stansiyası, Fransa.

1904-cü ildə istifadəyə verilən Arts et Mtiers stansiyası, Belçikalı cizgi film artisti Fransua Schuiten-in Culs Vernein əsərlərindən bəhrələnmiş bir metro stansiyasıdır.

Dubaydakı Burjuman metro stansiyası, BƏƏ.

Dubaydakı Burjuman metro stansiyası, BƏƏ.
Dubaydakı Burjuman metro stansiyası, BƏƏ.

Birləşmiş Ərəb Əmirliklərinin incisi Dubayda yerləşən və 2009-cu ildən bu yana şəhərin ən populyar kütləvi daşıma mərkəzlərindən biri halına gələn Burjuman Metro Stansiyası, 244 kvadrat kilometrlik Burjuman Alış-veriş Mərkəzindədir. Başlanğıcda Xalid Bin Valid stansiyası adlanan bu xoş quruluşlu stansiya, daha sonralar Burjuman stansiyası adı verildi.

Lissabon metrosunun Olaias stansiyası, Portuqaliya.

Lissabon metrosunun Olaias stansiyası, Portuqaliya.
Lissabon metrosunun Olaias stansiyası, Portuqaliya.

Olaias stansiyası, 1998 Expo üçün yaradılmışdır. Portuqaliyalı memar Toms Taveiranın köməyi ilə hazırlanan, bir-birindən fərqli daşların yer aldığı müasir bir sistemlə keçirilmiş möhtəşəm bir metro stansiyasıdır.

Stokholmdakı Tekniska Högskolan stansiyası, İsveç.

Stokholmdakı Tekniska Högskolan stansiyası, İsveç.
Stokholmdakı Tekniska Högskolan stansiyası, İsveç.

30 sentyabr 1973-cü ildə sadə bir şəkildə açılan Tekniska Högskolan stansiyası zaman ərzində İsveçin ən müasir incəsənət mərkəzlərindən birinə çevrildi. Tamamilə müasir cizgilərin istifadə edildiyi bu stansiya İsveçin ən çox ziyarət edilən metro stansiyalarındandır.

Kaohsiungtaki Formosa Prospekti stansiyası, Tayvan.

Kaohsiungtaki Formosa Prospekti stansiyası, Tayvan.
Kaohsiungtaki Formosa Prospekti stansiyası, Tayvan.

Formosa, Kaohsiung şəhərinin ən böyük metro stansiyasıdır. Ən böyük xüsusiyyəti İşıq qübbəsi adı verilən qübbəsidir. 30 metr diametrli bu günbəz insanlığın başlanğıcdan bəri olan hekayəsini danışır. Günbəzdə istifadə edilən rəngli şüşələrin hamısı Almaniyadan gətirilmişdir.

Neapoldakı Toledo stansiyası, İtaliya.

Neapoldakı Toledo stansiyası, İtaliya.
Neapoldakı Toledo stansiyası, İtaliya.

50 metr uzunluğuna malik olan Toledo stansiyası, 2012-ci ildə xidmət göstərməyə başlayıb. 2013-cü ildə LEAF Mükafatlarından İlin Dövlət İnşası mükafatını qazanan bu quruluş, ziyarətçilərin özlərini su altında və ya kosmosun sonsuz dərinliyində hiss etmələrini təmin edən, mavi və ağ Bisazza mozaikalarla örtülmüş divarlar, tavanlar və digər səthləri ilə möhtəşəm gözəllikdə olan bir metro stansiyasıdır.

Bakıdakı Nizami metrostansiyası, Azərbaycan.

Bakıdakı Nizami metrostansiyası, Azərbaycan.
Bakıdakı Nizami metrostansiyası, Azərbaycan.

Bakı Metropoliteninin yaşıl xəttində yerləşən Nizami metro stansiyası 31 dekabr 1976-cı ildə istismara verilib. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun ‘Sənsiz’ romansı səslənməkdədir.