Bəziləri heç vaxt gün üzünə çıxmayıb, bəzilərinin qalıqları isə günümüzə qədər çatıb.
1. Persepolis: Böyük İsgəndər tərəfindən yandırılıb yıxılana qədər görkəmini davam etdirib. Fars dilində Taxtı Çemşid (Çəmşidin taxtı) adlandırılır. Elə bir şəhərdir ki; Yunanlıların yuxularında da belə bir gözəlliyi görə bilməyəcəyi təsvir edilərmiş.
2. Karfagen: Roma suverenliyinə qarşı çıxmaq cəhdləri şəhəri hədəf taxtasına yerləşdirmişdi. E.ə 149-cu ildə Romalıların əhatə etməsi, 146-ci ildə şəhərin və dövlətin dağıdılması və bir daha ayağa qalxmayacaq şəkildə tamamilə ortadan qaldırılması ilə nəticələnmişdi.
3. Ani Kabus Şəhəri: M.S. 1000-ci ilin 2-ci yarısından etibarən bir zəlzələ nəticəsində yıxıldığı 18-ci əsrin əvvəllərinə qədər fəal olmuşdu.
4. Troya: Əfsanəvi itkin şəhər, Homerin böyük qəhrəmanlıq dastanı ilə gün üzünə çıxmışdır. Zamanının ən güclü bölgələrindən biri olmuş və böyük Troya müharibəsinin ev sahibliyini etmişdir.
5. Machu Picchu: Kəşf edilmiş olan və üzərində işlər görülmüş ən sirli itkin şəhərlər arasında yer alır. 1400-lərdə İnkalılar tərəfindən inşa edilmiş ancaq kənardan gələn çiçək xəstəliyi üzündən tərk edilməyə məhkum olmuşdur.
6. Sukhothai: Uzun müddətin bir rifah dövrü yaşayan Sukhothai krallığı, sonrakı dövrlərdə ortaya çıxmış olan rəqib Siam şəhər dövləti olan Ayutthaya Krallığı tərəfindən 1378-ci ildə işğal edilmişdir.
7. Babil Şəhəri: Bu gün şəhərdən geriyə çox bir şey qalmasa da Babil Qülləsi və Babilistanın Asma Bağlarının şöhrətini eşitməyən yoxdur. Ən məşhur kralı Hammurabi-dir.
8. Gedi xarabalıqları: Bir vaxtlar Keniya sahillərində böyük bir şəhər olan Gedi, yerlilərin təcavüzü sonra 16-cı əsrdə dağıdılmışdır. Afrika arxeologiyasının ən böyük sirrlərindən biridir.
9. Atlantida: Çox zəngin və təəccüblü bir ölkədir. Lakin hər gözəl şeyin sonu olduğu kimi Atlantidada bu qızıl əsrinin da sonu gəlmişdir. Xalq bu yüksək yaşama görə çox böyük bir korlanmaya məruz qalıblar. Bu korlanma sonunda intizamını itirdilər və Afinalılar tərəfindən yenilməkdən xilas ola bilmədilər.