
Donald Trump rəhbərliyi İranın ballistik mərmi sınağının ardından, 13 şəxsə və ondan çox şirkətə sanksiya tətbiqi barədə qərar qəbul edib.
Sanksiyaların Tehranın ballistik raket proqramını dəstəkləyən şirkətləri və şəxsləri əhatə etdiyi bildirilir.
Sanksiya tətbiq olunacaq şirkətlərin bəzilərinin Birləşmiş Ərəb Əmirlikləri, Livan və Çin mərkəzli olduqları, şəxslərin bəzilərinin isə İran İnqilabı Keşikçilərini dəstəklədikləri açıqlanıb.
Qərar, Trump’ın Milli Təhlükəsizlik müşaviri Michael Flynn’in bu həftə raket sınağı həyata keçirən İran hökumətini rəsmi olaraq xəbərdarlıq etməsindən sonra qəbul edilib.
Maliyyə Nazirliyindən John Smith bu günki açıqlamasında, “İranın terrorizmə olan dəstəyinin davam etməsi və ballistik raket proqramı bölgəyə, bütün dünyadakı müttəfiqlərimizə və Amerika Birləşmiş Ştatlarına bir başa təhlükə qaynağıdır” deyə söyləyib.

Trump da Twitter hesabından “İran odla oynayır – Prezident Obamanın onlara çox” yaxşı “davranmasının qədrini bilmirlər. Mən o qədər yaxşı deyiləm!” deyə yazıb.
İran Xarici İşlər Naziri isə ölkəsinin təhdidlərə baxmayaraq əsla müharibə başlatmayacağını söyləyib.
Cavad Zərif Twitter hesabından, “Təhlükəsizliyimiz xalqımızdan gəldiyi üçün təhdidlərə raeksiya vermirik. Əsla müharibəyə girməyəcəyik, müdafiə üçün isə yalnız öz imkanlarımıza güvənə bilərik” deyə bildriib.
Nazir, ” Silahlarımızı özümüzü müdafiədən kənar heç kəsə qarşı istifadə etməyəcəyik. Narazı olanlar da bu addımı ata biləcəkmi görək” deyə əlavə edib.
Qeyd edək ki Trump, dünən bir jurnalistin İranla müharibə ehtimalı barısində soruşduğu suala ‘heç bir variantın istisna olmadığını’ söyləmişdi.
İran isə, ballistik raket sınağı həyata keçirdiyini boynuna almış, ancaq nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğu ilə bağlı iddialara qarşı çıxmışdı.